Hamımız bir yerdə limana gələndə bütün bunları unudurduq. Hələ də mənə elə gəlir ki, uşaqlıqda insan təkcə indiki zamanla yaşayıb keçinmir, həm də yaşadığı zamanı arzularından doğan gələcəyin parlaq ölçüləri ilə nizamlayır və məncə bu, uşaqlığın ən böyük xoşbəxtliyidir.