Marc Levy

Marc LevyKeşke Gerçek Olsa author
Author
8.2/10
1,867 People
6.8k
Reads
406
Likes
19.8k
Views

Marc Levy Reviews

You can find Marc Levy reviews, Marc Levy book reviews, Marc Levy ratings on 1000Kitap.
382 syf.
8/10 puan verdi
·
Read in 35 days
5 dəqiqəlik də olsa doğru düzgün söhbət etməklə yanlış anlaşılmaları kökündən həll etmək əvəzinə hər zaman qürurumuza sığınırıq, həyatımızda olanların qədrini vaxtında bilmək varkən hər zaman onları birdəfəlik itirdikdən sonra başımız daşa dəyir və onda dərk edirik əslində gözümüzdə böyütdüyümüz hər kiçik problemin onların varlığının yanında heçnə olduğunu. Kitab o qədər möhtəşəm idi ki, sıradan görünsə də hər sətrini hiss edərək oxudum və sonunda necə ağladımsa hələ də təsirindən çıxa bilməmişəm. Sadəcə kitabın sonunun gözlənilməz olması məni qismən sevindirsə də Entoninin aqibəti müəmmalı qaldı. Spoiler vermək istəmirəm, amma ki demək olar ki kitabda baş verənlər incə düşünülmüşdü, hər bir məqam gözlənilməz və həyəcanlı idi. Kitab o qədər axıcı idi ki bəlkə də imtahanlar olmasaydı birdəfəyə oxuyub bitirmişdim.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0840 okunma
228 syf.
7/10 puan verdi
·
Read in 3 days
Eveet işte başlıyorum.. Öncelikle kitaba başlarken beklentim bir tık yüksekti ama ne yazık ki beklentimi karşılamadı.. Çünkü yer yer beğensem hatta yazılan yazıları takdir edip, üzerine düşünsem bile yer yer de romantik komedi tadında, basit diyaloglar vardı. O kısımlarda okumaya devam etmek gelmiyordu içimden. Bir de mantık hatası fazlaydı. Onlar da insanın gözüne batıyor. Yine de tüm bunlara rağmen hem yazarın ilk kitabı olduğu için hem de yer yer kalemini sevdiğim için serinin devam kitabını okuyacağım. Hatta yazarın farklı kitaplarına da şans vereceğim. Okuduğunuz için teşekkür ederim
Keşke Gerçek Olsa
Keşke Gerçek OlsaMarc Levy · Can Yayınları · 2009941 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Kitab oxuduğum ən möhtəşəm kitablardan biri ola bilərdi. Mark Levinin qələminin həqiqətən çox gözəl olduğunu anladım bu kitabla. Bundan öncə də "Bəlkə də bu həqiqətdir" kitabını oxumuşdum və o kitabını da çox bəyənmişdim. Mark Levi insanlara daha çox həyatı hiss etməyi,anı yaşamağı çatdırır kitabla. Və bu kitab da məni çox təsirləndirdi. Kaş ki ətrafımda daima bu kitabdakı kimi əsl dost deyəcəyim insanlar olsa... Hər kəsə oxumasını tövsiyyə edirəm. İndidən hər kəsə xoş mütaliələr! :)
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018235 okunma
240 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 15 hours
Mark Levi_Haradasan... Kitabdan oyrendiyim bir sey olmadi,ama cox sey anladim...Anladim ki bütün sevgilər bir gün doğulduğu, dünyaya göz açdığı kimi də başqa bir gün ölür,zülmətinə qovuşur. Anladım ki, zaman heç vaxt dayanmır və onu geri qaytarıb nəyisə dəyişmək olmur. O, hər şeyi və hər kəsi öz axarı ilə aparır. Kimini uğur pillələri ilə
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014666 okunma
324 syf.
·
Not rated
·
Read in 10 days
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0840 okunma
304 syf.
·
Not rated
Hər zaman həyatımızdakı insanlara demədiyimiz sözlər qəlbimizdə qalır. Bəs öldükdən sonra sizə 6 gün demədiyimiz sözləri demək, gerçəkləşdirə bilmədiyiniz arzuları real etmək üçün şans verilsəydi necə? Entoni qızının toy günü ölür və qızı Culiya ilə keçirmədiyi günlərin, anların xatirinə fələkdən 6 gün oğurlayır. Bu dəfə həyatda ikən etdiyi səhvləri düzəldə biləcəkmi? 6 gün kifayətdirmi? Spoiler!!! Kitabın mənə görə ən yazıq xarakteri Culiyanın nişanlısı Adam idi. Culiya 18 il bundan öncəki ölmüş bildiyi sevgilisinin həyatda olduğunu atasının ondan uzun illər gizlətdiyi məktub sayəsində öyrənir və sevgisini axtarmağa gedir. Adama isə nə isə açıqlamaq məcburiyyətində özünü hiss etmir. Hətta ona xəyanət edəndən sonra belə də "Mən daha tək qala bilmərəm " deyib yenidən Adama qayıtmaq istəyir. Entoni ilə qızının dialoqları isə mənə sadəcə qıcıq verirdi. Atası səhvlərini düzəltmək, eqoist olmadığını, qızı ilə hər zaman vaxt keçirmək istədiyini izah edəndə məncə vəziyyəti daha da qəlizləşdirir. Heç bir kitabı tənqid etmək haqqı özümdə görmürəm və bu kitabı sevənlər də az deyil. Bəlkə də mən sadəcə bu kitabı anlamadım.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018840 okunma
Reklam
336 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
Mark Levinin oxuduğum 3-cü kitabıdır. İlkini 2 il əvvəl oxumuşdum. Son 2-ni isə oxumağımın xüsusi səbəbləri var. 9/10 balla qiymətləndirməyimin səbəbi başlarda obrazların adlarının bəzi yerlərdə qarışdırılmasıdır. (Düşünürəm ki, bu tərcümə səhvidir) Ümumi götürsək, bəyəndiyim kitablardan oldu, hətta bitirəndə ağladım. (çox az kitabda belə olub) Zövqlər və rənglər fərqli olduğundan hamının bəyənəcəyini iddia etmirəm, lakin çoxunuzun bəyənəcəyinizi düşünürəm. Oxumaq istəyən hər kəsə xoş mütaliələr!
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018235 okunma
324 syf.
9/10 puan verdi
·
Read in 8 days
Söyleyemediğimiz Onca Şey..
Marc Levy ile tanışmam çok değerli bir insanın bana bu kitabı hediye etmesiyle başladı. Bu eseri bir kaç cümleyle açıklamak gerekirse baba sevgisinden mahrum kalan bir kıza, babası tarafından sunulan bir olağanüstülükle,kısa süreli bir imkanla bu sevgiyi bir nebze de olsa doldurma fırsatını anlatıyor. Geçmiş ile gelecek arasında harika bağların kurulduğu bir roman özelliği de taşıyor. Romanın konusu birden fazla. Aşk, dram, romantizm, bilim-kurgu... Okuyana mutlaka bir şeyler katan eserlerden biri. Ben de bu eserle kendime, çevreme , çevremdekilerin bana söylemek isteyip de söyleyemediği şeyleri görme şansına eriştim.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018840 okunma
255 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 23 hours
Mark Levinin əsərlərini oxuduqca bu müəllifə daha çox aşiq oluram. Levy heç vaxt məyus etmir. Mistik hadisələr ilə dolu həyacanlı bir əsərdir . Maraqla 1 günə oxuyub bitirdim. Oxuduqca həyacanlandım, bəzən reallıqdan uzaq olan hadisələrə belə qorxu hissinə qapıldım, lakin duyğulandığım anlarda oldu; Qəhrəmanın anasının məktublarının gözəlliyi xüsusi diqqətimi çəkdi. Bu kitab bizi həyatımıza, dəyərlərinə və bizə yaxın insanların sevgisinə fərqli baxmağa vadar edir. Çox bəyəndim ... İnsanın ruhunun notlarına toxunan bu sehrli roman sayəsinda bütün həyatıma kənardan baxdım, bunun üçün müəllifə çox təşəkkür edirəm ! Gün ərzində bizə verilən 86 400 saniyəlik bir krediti xatırlayacağam))) Mark Levy sayəsində !!!🪄
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0735 okunma
321 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.