Marc Levy

Keşke Gerçek Olsa author
Author
8.2/10
1,867 People
6.8k
Reads
412
Likes
20.2k
Views

Marc Levy Reviews

You can find Marc Levy reviews, Marc Levy book reviews, Marc Levy ratings on 1000Kitap.
255 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 32 hours
Uzun müddətdir oxumaq istədiyim bir kitab idi, amma cəsarət tapa bilmirdim. Səbəbi özümə qalsın. Təsadüfdürmü bilmirəm, ya əsərin qəhramanları kimi təsadüflərə inanmamalıyammı onu da bilmirəm, qəribədir ki, baş qəhrəmanlardan biri Artur da bəzi şeylər üçün cəsarət tapmağa uzun müddət vaxt sərf etmişdi. Oxuduğum üçün, buna cəsarət tapdığım üçün çox şadam. Məğzinə görə həyatımızın, bizə verilən şansların, hər saniyəmizin qədrini bilməyə, onları düzgün qiymətləndirməyə çağırır. Kitabı dolayı yolla da olsa, mənə tövsiyə etdiyi üçün mərhum dostuma təşəkkürlərimi bildirirəm. Bəlkə, bu günə qədər zamanımın, həyatımın, birlikdə keçirdiyimiz anların dəyərini kifayət qədər anlamamışam. Amma bundan sonra qalan xatirələrimizin qiymətini, mənə qatdığı hər şeyi, ümid edirəm ki, qoruyub-qiymətləndirəcəyəm. Oxumaq istəyən hər kəsə xoş mütailələr!
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0738 okunma
352 syf.
10/10 puan verdi
·
Read in 12 days
Yenidən başlamaq
Marc Levy
Marc Levy
oxuduğum ilk əsəri idi. Çox fərqli bir tərzi varmış. Romanın çox gözəl və axıcı bir xətti var. Vaxtım az olduğu üçün bacardığım qədər tez bitirdim. Spoiler vermək istəmədiyim üçün sadəcə oxumağınızı tövsiyə edirəm.
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015480 okunma
Reklam
372 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 5 days
Yazıçıdan oxuduğum ilk əsər idi. Cəlbedici və fərqli bir romandı . Amma tərcümə problemi burdada özünü göstərdi. Çox az kitab belə tərcümədən sonra sona qədər oxunulub qurtarılır. Sonu isə çox adam bəyənməsə də maraqlı sonluqdur. ("Qorxudan daha güclü hiss" kitabı romanın davamıdır) Yekun olaraq - "zaman zaman yeniden başlamağa da , başlamağa da ehtiyacımız olur" Xoş mütaliəyələr.
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015480 okunma
304 syf.
·
Not rated
Hər zaman həyatımızdakı insanlara demədiyimiz sözlər qəlbimizdə qalır. Bəs öldükdən sonra sizə 6 gün demədiyimiz sözləri demək, gerçəkləşdirə bilmədiyiniz arzuları real etmək üçün şans verilsəydi necə? Entoni qızının toy günü ölür və qızı Culiya ilə keçirmədiyi günlərin, anların xatirinə fələkdən 6 gün oğurlayır. Bu dəfə həyatda ikən etdiyi səhvləri düzəldə biləcəkmi? 6 gün kifayətdirmi? Spoiler!!! Kitabın mənə görə ən yazıq xarakteri Culiyanın nişanlısı Adam idi. Culiya 18 il bundan öncəki ölmüş bildiyi sevgilisinin həyatda olduğunu atasının ondan uzun illər gizlətdiyi məktub sayəsində öyrənir və sevgisini axtarmağa gedir. Adama isə nə isə açıqlamaq məcburiyyətində özünü hiss etmir. Hətta ona xəyanət edəndən sonra belə də "Mən daha tək qala bilmərəm " deyib yenidən Adama qayıtmaq istəyir. Entoni ilə qızının dialoqları isə mənə sadəcə qıcıq verirdi. Atası səhvlərini düzəltmək, eqoist olmadığını, qızı ilə hər zaman vaxt keçirmək istədiyini izah edəndə məncə vəziyyəti daha da qəlizləşdirir. Heç bir kitabı tənqid etmək haqqı özümdə görmürəm və bu kitabı sevənlər də az deyil. Bəlkə də mən sadəcə bu kitabı anlamadım.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018844 okunma
255 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 23 hours
Mark Levinin əsərlərini oxuduqca bu müəllifə daha çox aşiq oluram. Levy heç vaxt məyus etmir. Mistik hadisələr ilə dolu həyacanlı bir əsərdir . Maraqla 1 günə oxuyub bitirdim. Oxuduqca həyacanlandım, bəzən reallıqdan uzaq olan hadisələrə belə qorxu hissinə qapıldım, lakin duyğulandığım anlarda oldu; Qəhrəmanın anasının məktublarının gözəlliyi xüsusi diqqətimi çəkdi. Bu kitab bizi həyatımıza, dəyərlərinə və bizə yaxın insanların sevgisinə fərqli baxmağa vadar edir. Çox bəyəndim ... İnsanın ruhunun notlarına toxunan bu sehrli roman sayəsinda bütün həyatıma kənardan baxdım, bunun üçün müəllifə çox təşəkkür edirəm ! Gün ərzində bizə verilən 86 400 saniyəlik bir krediti xatırlayacağam))) Mark Levy sayəsində !!!🪄
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0738 okunma
304 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 7 days
Aslında ben kitabı beri başından fantastik diye biliyordum ki, sonunda yanıldımı gördüm. Başdan sıkılsamda sonlarına doğru baya akıcı geldi. Mark Levi ile tanışlığm bu kitabla oldu. :) Bizim hepimizin başkalarına söyleyemediğimiz onca şey var hakikaten. Ama ya kendimize? Kendimize söyleyemedeğimiz sözler de varmı?
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018844 okunma
Reklam
321 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.