Məhəmməd Əsəd Bəy

Şərqdə Neft və Qan yazarı
Yazar
8.5/10
9 Kişi
43
Okunma
4
Beğeni
650
Görüntülenme

Hakkında

Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdə dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz,,Rusiya İmperiyası, Bolşevik İnqilabının yenicə kəşf etdiyi neft və islam haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı. Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan saldılar.Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu. O çox məhsuldar olduğuna görə, ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi.
Doğum:
Kiev, Ukrayna

Okurlar

4 okur beğendi.
43 okur okudu.
4 okur okuyor.
21 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Ən çətini , məsələn tez-tez neft quyularından çəkilib çıxarılan meyiti tanımamaq , yaxud buruq sahibinin arzusuna görə tanımaq idi. Neft qaynaqlarındakı meyitlərlə xüsusi davranış tələb olunurdu. Gündə bir neçə dəfə fəhlələrdən biri adi vedrədə oturub quyuya enməli olurdu , bu da əsasən ölümlə nəticələnmək demək idi. Əksər vaxtlarda fəhlə boğulub neftə gömülür , vedrəni boş çıxarmalı olurdular. Meyit ancaq bir neçə həftə sonra tapılır , bəzəndə heç yerli dibli tapılmırdı.
Sayfa 16
Neft mədənlərində çox az adam mühəndis ola bilər , gərək bunun üçün anadan mühəndis doğulmuş olasan. Səndə daxilən avtokratik hökmranlığa meyil yoxdursa , bununla yanaşı , həm də hökm verə bilmirsənsə , bu məsələdə biliyin və təhsilin köməyinə yetişə bilməz.
Sayfa 16
Reklam
Reklam