Məhəmmədtəği Misbah Yəzdi

Allaha Doğru author
Author
0.0/10
0 People
3
Reads
7
Likes
553
Views

Məhəmmədtəği Misbah Yəzdi Quotes

You can find Məhəmmədtəği Misbah Yəzdi quotes, Məhəmmədtəği Misbah Yəzdi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Vəhmi anlayışlar; bir çox filosofların fikrinə görə, fərdi anlayışların başqa bir növü də var ki, fərdi mənalara aid olur. Nümunə olaraq, heyvanların bəzilərinin bir-birinə qarşı düşmənçilik hissini göstərmişlər. Bu hiss onların qaçmasına səbəb olur. Bəzi alimlər bu məfhumu genişləndirərək bütövlükdə hər növ fərdi mənalara aid etmiş, insanlarda olan düşmənçilik və məhəbbət hisslərini də buna aid etmişlər.
“Yasin” surəsinin 11-ci ayəsində buyurulur: “Sən yalnız o kəsi qorxuda bilərsən ki, qəlbində Allah qorxusu olsun.” Bəli, ruhən diri olmayan insana nəsihətin heç bir tə`siri yoxdur. Allah qorxusu olmayan qəlb ölüdür və peyğəmbərin «nəsihət dəvası» onu dirildə bilməz.
Reklam
Duanın ruhu və həqiqəti insanın Allahı qəlbən düşünməsindədir. Bu düşüncə və diqqətin gücü və əhatəsi insanın Allaha olan mə`rifət və məhəbbətinin qədərindən asılıdır.
Bir qrup insan Allaha cəhənnəm əzabı qorxusundan ibadət edirlər—bu, qulların ibadətidir. Digər bir qrup Allaha behişt tamahı ilə ibadət edir—bu, tacirlərin ibadətidir. Bir qrup da var ki, Allaha pərəstişə layiq olduğu üçün ibadət edir—bu, azadların ibadətidir.”
Bəzən mömin bir bəndə Allaha dua etdikdə Allah mələklərə buyurur: “Onun duası qəbuldur, lakin duasının qəbulunu təxirə salın. Çünki mən onun səsini eşitmək istəyirəm.”
Müşküllər mənim əlimdə olduğu halda çətinliyə düşdükdə Məndən başqasınamı ümid bağlayır? Bağlı qapıların açarı mənim əlimdə olduğu halda başqalarınınmı qapısını döyür? Mənim qapım Məni çağıranların üzünə açıq deyilmi? Çətinliyə düşdüyü vaxt Mənə ümid bağlayıb ümidsiz qalmış bir kəs tapılarmı? Mühüm bir işdə Mənə üz tutub məhrum qalmış birini tapmaq olarmı?
Sayfa 100Kitabı okudu
Reklam