Mireli Seyidov

Türk-Ermeni Edebî İlişkileri author
Author
8.0/10
1 People
1
Reads
0
Likes
474
Views

About

Seyidov Mirəli Mir Ələkbər oğlu 1918-ci il mayın 5-də-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə " Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1968-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir. 1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Full name:
Seyidov Mirəli Mir Ələkbər oğlu
Title:
Azerbaycanlı Yazar, Profesör
Birth:
Qərbi Azerbaycan, İrəvan, 5 May 1918
Death:
Azərbaycan, Bakı, 26 April 1992

Readers

1 readers read.
1 readers will read.
Reklam

Quotes

See All
Ön Söz
1000 yıllık Türk Ermeni ilişkileri sevgi saygı dostluk ve hatta kardeşlik tarihidir
Sayfa 9 - Berikan yayınevi
Deli dumrul Ermeni versiyonu aslan ağa
Sen kendi boz bedevini ver Sen sedef eğerini ver Sen Girman kılıcını ver Sen yedi burç altınını ver Sen burç gümüşünü ver Sen tatlı canını verme
Sayfa 25 - Berikan yayınevi
Reklam