Mirzə Əli Möcüz

Şeirlər author
Author
0.0/10
0 People
4
Reads
0
Likes
331
Views

About

Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının, Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün babası İstanbula səfər edərmiş. Hətta onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir. Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır. Möcüz vaxtını məşhur alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsinə xidmətdə keçirmiş, vətəndaşlarının cəhalətdən qurtulması və mədəni həyata çıxması üçün çox səy göstərmişdir. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə qız məktəbi açan, qadın azadlığını kəskin və təsirli sözləri ilə müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olmuşdur. Şeirlərindən göründüyü kimi, Möcüz əsrimizin əvvəllərindən başlayaraq sürətlə inkişaf edən Azərbaycan inqilabi-demokratik ədəbiyyatını, "Molla Nəsrəddin"i və Sabir şeirini xüsusi diqqətlə oxuyur və sevirmiş. Möcüz, Şəbüstər kimi unudulmuş bir guşədə yaşasa da, əsərlərinin müqabilində çox təkfir və təhqirlərə uğrasa da, iradəsi qırılmamış, həmişə Sabir cəsarəti və sayıqlığı ilə yazmışdır. Məişətin ən xırda məsələlərindən (küçənin palçığı, samavar xərci, çiçək və qızılça xəstəliyindən şikayət) tutmuş ən böyük ictimai məsələlərə, ən zəruri siyasi hadisələrə qədər (Məhəmmədəli şah irticası, varlıların mədəni tədbirlərə qarşı durması, vərgilər, birinci dünya müharibəsində Alman imperalizminin törətdiyi qırğın və təcavüzlər) geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi bir üslub ilə əks olunmuşdur. Möcüz Cənubi Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olmuşdur. Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza yayılmış, şöhrət tapmışdır. M.Ə.Möcüz 1934-cü ildə İranın Şahrud şəhərində vəfat etmişdir.
Full name:
Mirzə Əli Hacı Ağa oğlu Möcüz
Title:
Şair
Birth:
İran, Şəbüstər, 29 March 1873
Death:
İran Şahrud, 25 September 1934

Readers

4 readers read.
Reklam

Quotes

See All
Henüz kayıt yok

Updates

See All
Reklam
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok