Mirzağa Quluzadə

Füzulinin Lirikası author
Author
0.0/10
0 People
1
Reads
0
Likes
231
Views

About

Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə anadan olmuşdur. 1923-1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927-1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939-1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948-1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir. 1948-1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952-1958-ci və 1969-1979-cu illərdə isə direktor vəzifəsində çalışmışdır. 1948-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Ədəbi irsin araşdırılması və milli kadrların hazırlanmasındakı fəaliyyətinə görə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Mirzağa Quluzadə 1979-cu ilin dekabr ayında vəfat etmişdir. Həyat yoldaşı Yaqut Dilbazi Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin bacısıdır. Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin atasıdır.
Full name:
Mirzəağa Yüzbaşı oğlu Quluzadə
Title:
Yazar
Birth:
25 October 1907
Death:
December 1979

Readers

1 readers read.
2 readers will read.
Reklam

Quotes

See All
Şebi-i yeldayı münəccimlə müvəkkit nə bilir? Müptelayı qəmə sor kim gecələr kaaç saat? (Ən uzun gecəni göyyüzü, ulduzlarla məşğul olan nə bilsin, sən eşq dərdinə müptəla olmuş qovuşmayan aşiqə sor ki , gecələr kim bilir kaaç saat)

Updates

See All
Reklam
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok