Məmməd Rahim

Seçilmiş Əsərləri yazarı
Yazar
7.5/10
0 Kişi
1
Okunma
0
Beğeni
692
Görüntülenme

Hakkında

Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952). Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. "Xaqani" (1955) mənzum dramını, "Sayat Nova" (1956), "Natəvan" (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945-1967), "Oktyabr inqilabı" (1977), "Qırmızı Əmək bayrağı" (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tam adı:
Məmməd Rahim Abbas oğlu Hüseynov
Doğum:
Bakı, 20 Nisan 1907
Ölüm:
Bakı, 6 Mayıs 1977

Okurlar

1 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Sən, bahar çağında yaşıl çəməndə, Ətir saçan zaman qızılgül kimi, Coşmaq istəyirəm fərəhlə mən də Baharın aşiqi şən bülbül kimi.
Bu dünyada sevməyənlər ölüdür, Çox şirindir əhdi-peyman sevgilim! Eşq insanın həyatının gülüdür, Ətir saçar zaman-zaman, sevgilim! Mən uğrunda vuruşlara girmişəm, Çox dəhşətlər, çox tufanlar görmüşəm, Eşqim üçün imtahanlar vermişəm, Söyləmişəm keçər hicran, sevgilim!
Reklam
Reklam