Məsiağa Məhəmmədi

Şəms və Mövlana yazarı
Yazar
10.0/10
1 Kişi
4
Okunma
3
Beğeni
631
Görüntülenme

Hakkında

Şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir. 1992-ci ildə yaranmış Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və partiyanın siyasi məsələlər üzrə ilk katibi olmuşdur. Hazırda bitərəfdir. 1993-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993-1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin ( indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003-2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir. 2011-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur.
Tam adı:
Məhəmmədi Məsiağa Əhməd oğlu
Unvan:
Yazar
Doğum:
Əli-Bayramlı, Azərbaycan SSR, SSRİ, 1 Mayıs 1963

Okurlar

3 okur beğendi.
4 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
İnsanı bütün qorxulardan etiqad və eşq azad edər. Səni isidən hər etiqadı saxla, səni soyudan hər etiqaddan uzaqlaş.
İşığı zülmət qaranlığın hansısa künc-bucağında deyil, sadəcə həmişə olduğu yerdə aramaq lazımdır.
Reklam
Reklam