Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məsudə Cabbar

Məsudə CabbarƏn yazarı
Yazar
8.5/10
189 Kişi
948
Okunma
143
Beğeni
8,7bin
Görüntülenme

Hakkında

Unvan:
Yazar
Doğum:
Azerbaycan, 1993

Okurlar

143 okur beğendi.
948 okur okudu.
81 okur okuyor.
634 okur okuyacak.
29 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
"Bir ağrını unutmağın ən yaxşı yolu başqa bir ağrıdı".
Sayfa 128Kitabı okudu
Cavab vermədim, sadəcə gülümsədim. Bəzən bu cür hallar da olur. Yüz sözü əvəz edəcək bircə hərəkət. Və o, bunu bilirdi. Buna əmin idim.
Reklam
"...yalnızlıq paylaşılacaq bir şey olsa dadıma çatan yenə özüm olardım..."
“Pis insanlar böyüyər. Sən uşaq qalmısan..”
Dərk etməyə başlayanda həyat olduqca böyük bir meşə kimi göründü gözümə. Səhərinə, gün işığına, yüngül mehinə, yamyaşıl ağaclarına, minbir çeşid gülünə aşiq olub düşündüm; yaşamağa nə var ki?! Sonra göylər güldü mənə.. Qaranlıq çökəndə elə qorxdum, o qədər sarsıldım ki, sonun bu qədər tez gəldiyinə təəccüblənib biraz da qəzəbləndim deyəsən.. Səhər
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
6/10 puan verdi
·
24 saatte okudu
Antuan 14 yaşında öz evindən ayrılaraq kiçik bir qəsəbəyə yerləşmişdir. Burada Suzanna adlı 92 yaşlı qadının yanında yaşayırdı. Suzanna Antuana öz oğlu kimi baxırdı. Antuan xasiyyətcə özündənrazı və dəlisov biri idi. Burada demək olar sataşmadığı qız yox idi. Qəsəbənin ən sirli qadınlarından biri olan Xloya onun yeganə dostu idi. Və ona həqiqətən çox dəyər verirdi. Şirin atmacalar, yüngül dava dalaşlar onların dostluğunun ayrılmaz parçası idi. Antuan heç bir qadına məhəbbətlə yanaşmır, onlara keçici əyləncə gözü ilə baxırdı. Barabara da həmən qadınlardan biri idi. Antuan ona illərdir birlikdə çıxıb gedəcəyinə söz versə də sözünün üstündə durmurdu. Ancaq bir gün Antuan məhəbbət oduna düşür və Serena adlı bir qıza aşiq olur. Serena çox gözəl və cazibədar qadın idi. Ancaq o Antuanı sevəcəkdimi? Bütün bunları düşünən Antuan gözləmədiyi bir hadisəylə qarşı-qarşıya qaldı. Canından artıq sevdiyi Xloya qəsəbəni tərk etmişdi, həm də onunla sağollaşmadan, bəs buna səbəb nə idi? Yaxşı bəs Barbara niyə onunla vidalaşmaq üçün gəlmişdi? Antuan 14 yaşında ikən evindən niyə ayrılmışdı və hal-hazırda anasına nə olmuşdu? Bütün bunlar təsadüf idimi? Göy qurşağının bitdiyi yerdə Antuan nə tapmışdı? Bu əsərə 6 puan verməyimə səbəb sanki kitab tərcümə olunmuş hissini verirdi. Antuan, Xloya, Suzanna və sairə bu adlar yerinə ən azından öz adlarımızdan istifadə oluna bilərdi. Kitab çox qarışıq idi, ancaq hekayə maraqlı idi.
Göy Qurşağının Bitdiyi Yer
Göy Qurşağının Bitdiyi YerMəsudə Cabbar · 2015107 okunma
224 syf.
·
Puan vermedi
·
Beğendi
·
30 saatte okudu
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun. Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz. Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram. Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb. Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016224 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Məncə oxumağa dəyər bir hekayədir onların hekayəsi. Təsadüflər nəticəsində qarşılaşan iki insan və saf sevgidən bəhs edir əsər. Bir oturuşda oxuna biləcək, asan dillə yazılmış bir əsərdir. Mənim fikrimcə gənc və ya yaşlı fərq etmədən, oxuna biləcək bir həyat hekayəsi idi. Bəzi hissələr o qədər tanış gəlirdi ki, bilmirəm daha çox bəyənməyimə səbəb olurdu. Eyni zamanda, belə sonluqlu kitabları daha çox sevirəm. Bunun səbəbini bilmirəm lakin, bu sonluqlar və hadisələr həyata daha yaxın görünür. İnsan özündən daha çox parçalar tapır.
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015231 okunma