Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
6/10 puan verdi
·
3 günde okudu
O sadəcə seçimlərinin nəticəsini yaşayırdı.
Kitab adı kimi Yad bir üslubda incələyək bu dəfə. Film kimi oxudum. Xəstə bir insan və hər şeydən bezən birisinin həyatını göstərirdi. Məna, maraq sözləri çoxdur kitabda. Baş obrazımız Merso özü maraqsız biridir. Sevdiyi belə yoxdur. Bildiyi düşündüyü, qızın əzaları, şəhvətini tətmin etmək üçün baxmaq, yatmaq, əlləmək və bu tipdə şeylər. Ona görə sevgi də mənasız idi. Belə məqsədsiz biri ilə birlikdə olmaq istəyən o qız Meri də çox ağıllı sayılmazdı. Onsuz da bir çoxu sevir belə narsist tipləri. Adamda qısqanmaq, qorumaq anlayışı da yox idi. İlk öncə seçimləri ilə azad yaşayırdı. Daha sonra isə öz talehinin özündən başqasının əlində olması ona bir şok oldu. Bunda belə səs çıxarmırdı. Bunda belə bezirdi. Sən kimsən ki? Kim verib o ixtiyarı səni sevənləri üzəsən? Çünki adam mənasız yaşayır axı. Günəş onu bezdirir axı. Vuruş və ya təslim ol. O təslim olmağı seçirdi. və təslim oldu uduzdu. Digər tərəfdən isə, fərqlidir deyə onu bu qədər qınamalarında da insanların fərqli olanlara baxışını görmüş olduq. Bəli o Yad idi, məqsədsiz mənasız yaşamağı seçmişdi. Niyəsi yox idi, həvəsi yox idi. Ət parçası əslində o qədər də dəyərli deyil, onu dəyərli edən hərəkətləri, düşüncələri, davranışlarıdır qısaca onun daxilindəkilərdir. O isə öz həyatını da bir *Яд* (Yad- Zəhər) etmişdi “Ey başkalarının acısıyla kaygılanmayan, sana insan demek yakışık almaz…” - Sadi Şirazi Kitabı seçmə bacarığı olan insanlar oxusun. Təsirə düşən birisizsə ilk öncə başqa kitablar oxuyun, sonra qayıdıb belə əsərlər oxuyarsız.
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
Reklam
128 syf.
8/10 puan verdi
·
23 saatte okudu
Albert Camus
Hər dəfə kitab oxuyarkən bir məna, ötürülən ideyalar olmasını ya da sizə nə isə qatmasını gözləyərsiniz. Bəs bu kitabın ötürdüyü məna nə idi ? Bu kitabın sonluğu mənasızdır, ötürdüyü məna da məna axtarmağımızın mənasız olmağıdır. Başqa sözlə mənasızlıq mənasını, absurdism'i ötürürdü. Hərşey həqiqətən mənasızdırmı ? Belə düşünürsünüzsə intihar eləyə bilərsiniz, amma bir dəqiqə; bunun da mənası yoxdur axı!
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Bu gün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm...
Öncəliklə Albert Camus haqqında danışmaq istəyirəm. Albert əvvəl futbolçu olub, daha sonra bu işin daşını atır və filosof olur (çox maraqlıdır). O deyir: "Ahlak hakkında ne biliyorsam, bunu futbola borçluyum. Çünki, top hiçbir zaman beklediğim yerden gelmedi (o qapıçı idi). Albert həyatın mənasının olmadığını irəli sürür: "Hayatın anlamını aramayı sürdürdüğün sürece hiç yaşamayacaksın." Mənə ən maraqlı gələn hadisə isə Albertin ölümüdür. Çünki, Albert maşın qəzasında ölmüşdür və elə Albertin qorxduğu şey də maşın qəzasında ölmək idi. Onun ölümü də düşüncələri kimi absurddur. İndi isə keçək kitaba, baş qəhramanımız Merso həyatdan həzz almır, yaşamın mənasının olmadığını düşünür, dini inancı, nəsə isə marağı, kimə isə sevgisi olmayan, anasının dəfnində ağlamayan və üzüntü hissi keçirməyən biridir. Ona edilən təkliflərə daim "fərqi yoxdur" deyir. Onun sevgilisi Mari yalnız şəhvət və ehtiyaclarını ödəmək üçün vardır. Hətta belə bir dialoq keçir aralarında: "Axşam Mari gəldi və soruşdu ki, istəyirsənmi biz evlənək? Dedim, mənim üçün fərqi yoxdur, əgər sənin xətrin istəyirsə, evlənmək də olar." Və bir gün Merso, Mari, Mason (Mersonun qonşusu, dostu deyə bilmirəm çünki, bunun bir fərqi yoxdur :)) və onun arvadı ilə dəniz kənarına gedirlər. Orada yaşanan hadisədən sonra Mersonun həyatı alt-üst olur. Ancaq, bunun Merso üçün bir əhəmiyyəti yoxdur, çünki həyatın bir mənası yoxdur :)
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
8/10 puan verdi
·
4 saatte okudu
"Ovod" , "Bir idam məhkumunun son günü" əsərlərinə müəyyən bir hissədə bənzəyən bir əsərdi "Yad". Müəllif nə demək istədiyini mən burda danışsam maraqlı olmaz məncə bilmək istəyən özü oxumalıdır. Kitab ümumən ilk cümlədən insanda maraq yaradır. Odur ki, oxuyanlar varsa fikirlərini almaq xoş olardı. Hərkəsə xoş mütaliələr.
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
16 saatte okudu
Bu incələmədə bu kitabla bağlı, ya da, bağlı olmayan hər şeyi anlatacam. Çünki mənim üçün də, bunun fərqi yoxdur. Əslində cənab Morse üçün də, çox şeyin fərqi yoxdur. Yəni əhəmiyyətsizdir. Başlayaq əvvəldən. İlk öncə onu qeyd edim ki, kitabı türkcə oxumağı planlaşdırırdım. Getdiyim kitab mağazasında isə bu kitabın ancaq azərbaycan dilinə tərcümə
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
8/10 puan verdi
Kitabın adı ilk oxuduğum dəqiqələrdən elə məni düşündürürdü. Niyə yazıçı bu adı seçib? Sonlara yaxın niyəsini anladım. Merso özünü bu dünyaya yad hiss edirdi. Onda artıq həyat eşqi qalmamış idi. Ona görə də bəzən nəyi niyə etdiyini də anlamırdı. Əslində bu, mənə görə, psixoloji narahatlıqdır. Ola bilməz ki, insan həyatdan doysun, bezsin. Amma ona bəzən əsəbləşirdim. Çünki Merso ona çox yaxşı davrananlara layiqincə davranış sərgiləmirdi. Əvvəlcə onun eqoist biri olduğunu düşündüm. Əsərin ortalarına yaxın onun xarakterini tamamilə analiz etdim. Düşünürəm ki, Mersonun belə vəziyyətə gəlib çıxmasında nəsə başqa bir səbəb yatır. Sonda isə o, həyatın mənasını, xoşbəxtliyi başqa bir şeydə gördü. Lakin öz sonunu özü hazırladı. Bu cür pessimist olmağı o seçmişdi. Elə həyatının sonunu da. A.Camusdan oxuduğum ilk əsər idi. İnsanı düşünməyə vadar edən tərzdə qələmi var imiş.
Yad
Yad
Albert Camus
Albert Camus
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
9/10 puan verdi
"Yad" (L'Étranger) Albert Camusun 1942-ci ildə nəşr olunan qısa romanıdır. Roman: "Bu gün anam öldü. Ya da dünən ölüb, bilmirəm." Cümlələri ilə başlayır. Burda yazıçı ölümün əslində nə qədər bəsit və unudula bilən bir anlayış olduğunu izah edir. Əsərdə Albert Camus "İnsan həyatının dəyəri və mənası varmı?" Sualına cavab axtarır, amma əsər boyu bu suala cavab yoxdur. Lakin həm fransız cəmiyyəti ilə əlaqəli bəzi nüanslar, həm də azadlıq, din və inanclarla bağlı bir neçə məqamı vurğulayaraq, hər oxucuya bunu fərqli şəkildə başa salır. Mən əsəri oxumamışdan əvvəl, "Yad" adının başqa bir yerdən harasa gəlmiş bir adamın macəraları ilə əlaqəli olduğunu düşünmüşdüm. Əslində, bu kitabın adındakı "Yad" , insani duyğulara yad olan adamla əlaqəlidir. Əsər 2 hissədən ibarətdir, 1-ci hissə nisbətən bəzi məqamlarda sıxıcı gələ bilir, amma 2-ci hissəni oxuyarkən əsər insanda maraq doğurur. Elə buna görə də, dəyərləndirməmdə kitaba 4 ulduz verdim :) Sevərək oxuduğum əsər idi. Həm çox axıcı idi, həm də insanı düşündürən məqamlar bol idi. Bəlkə də, oxumasanız fərqində olmayacağınız bir neçə sualı beyninizdə cavablandırmağa vadar edir. Həm qısa, həm axıcı, həm də düşündürücü əsər istəsəniz, mütləq oxuyun Onu da deyim ki, əsər 1957-ci ildə Nobel mükafatına laiq görülüb.
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
9/10 puan verdi
Obyektiv baxanda cemiyyetin menfilerinin setiralti ifade shekli teqdirelayiq idi. Belke de, kimse dushunecek ki, Nobel mukafati almish yazichinin en meshhur romanlarindan birinin teqdire layiq olub olmamagini demek mene qalmiyib, bele dushunursunuzse subyektiv fikrime kechende daha chox esebleshe bilersiniz. Bele ki, pessimist yazim terzi olduguna gore, boyuk ehtimal, bir de bu yazichinin hansisa kitabini oxumayacam, menim fikrimce, ne qeder meshhur olmagindan, ya da adini chekende ne qeder intellektual gorunmeyinden asili olmayaraq, insani heyatdan kusmeye meyillendiren yazichilarin kitablarina ustunluk vermeyin sonu yaxshi bitmeye biler. Xususen de tez tesire dushen insanlara bunu hech tovsiye elemezdim. Yox, eger,siz her kitabdan lazim olani goturmeyi bacarib, onu heyatini daha da gozelleshdirmek uchun istifade etmeyi bacarirsinizsa, bu bashqa mesele. Tebii ki,hegigete yaxinlashmaq ve gercheklerle uzleshe bilmek vacibdir ancaq, shexsi fikrimdir ki, yaxinlashdigin hegiget heyatini cehenneme chevirirse, belke de o hegigete yaxinlashmagin bashqa bir yolunu tapmalisan:)
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
Reklam
128 syf.
·
Puan vermedi
·
5 günde okudu
Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…)
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
10/10 puan verdi
@Aysunbook
Yad
Yad
Albert Camus
Albert Camus
Spoilər! Mən çox tez-tez yaddaş problemi yaşayıram kitabı oxuyurdum ama hansı kitab olduğunu bilmirdim bir yerə qədər elə zənn edirdim ki Dostoyevskinin hər hansı bir əsərini oxuyuram pdf şəklində oxuduğum üçün çıxıb baxdım adına sonra hansı kitabı oxuduğumu anladım yəni demək istəyirəm ki Dostoyevskinin əsərlərinə
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Ümumiyyətlə, bunun o qədər də əhəmiyyəti yoxdur"
"Bu gün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm." Kitabı bir neçə cümlə ilə ümumiləşdirəsi olsaq, bu cümlələrdən istifadə edərdim. Ən yaxşı girişlərdən birinə sahib, nəinki Alber Kamünün, həmçinin dünya ədəbiyyatının şah əsərlərindən olan "Yad" dan danışaq. İndiyə qədər oxuduğum kitablar arasında ən fərqli yazı stilinə malik
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
·
Puan vermedi
Mənim ən sevdiyim filosof-yazıçılardan biri... Çox gözəl əsərdi, insanın özünə və başqalarına necə yad necə hissiz olduğu mükəmməl bir şəkildə göstərilib. Mersonu sevməyim orda özmü tapmağımdı hər halda) Səni çəkib aparan obraz yenidən özünə qayıtmağda çətinlik yaratsa belə, şübhələrini darmadağın edir...
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
128 syf.
8/10 puan verdi
·
9 günde okudu
Yad adından gördüyümüz kimi bizə yad olan bir obrazın təsvir edildiyi bir kitabdır. Merso cəmiyyətin qoyduğu normlara uyğun gəlməyən xarakter və düşüncəyə sahib bir insan idi. Onun üçün hər şey çox mənasız və eyni idi. Bir şey olması ilə olmamasının onun üçün bir fərqi yox idi. Onun üçün ölüm də normal bir şey di. Heç nəyə emosional olaraq bir
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
134 syf.
8/10 puan verdi
·
5 saatte okudu
kitab içimdəki bütün hüznü oyatdı, ağlamaq istəyirəm. qəribədi çox qəribə.. həyatının bir saniyə ilə belə necə puç olabiləcəyini açıqlayır, eyni vaxtda bir insan necə vecsiz ola bilər? ya da o vecsiz deyildi, sadecə çox düşünürdü, düşünürdü və.. düşünməkdən nə isə etməyə vaxtı qalmırdı, kiməsə cavab verməyə vaxtı, halı qalmırdı. hər nə olur olsun yenə də həyatın və indi çox önəmsədiyim hərşeyin necə beş saniyə ərzində vecimə olmayacağını, məhv olacağını ya da tam əksinə, heç fikir vermədiyim sadə şeylərə bir an içində necə həsrət qalabiləcəyimi gözlərimə bir daha soxdu. bir gün yenidən oxuyacam, fikrim dəyişər ya yox onda görərik
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
174 syf.
·
Puan vermedi
İnsan necə yadlaşır? - Kamü cavab verir.
Bu təhlil kitabı oxuyub-qurtarmışlar üçün nəzərdə tutulub. Albert Kamünün "Yad"ını oxuyarkən özümə daim suallar verirdim: Görəsən, bu hadisələr və hadisəsizliklər niyə baş verir: müəllif Mersaultun anasının ölümünə laqeydliyini niyə belə təkrar-təkrar dilə gətirir; Mersault niyə göydəki günəşdən bu qədər gileylənir; müəllif niyə
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,7bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.