Mübariz Əlizadə

Zühur Əsri çevirdiği kitabı
Çevirmen
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
79
Görüntülenme

Hakkında

Məmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür. Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir. Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir. İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır. O, 1945-ci ildə yaradılmış Şərqşünaslıq fakültəsinin ilk dekanı olmuşdur. Sonralar uzun müddət həmin fakültənin Yaxın və Orta Şərq xalqları ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. 1994-cü il aprel ayının 9-da ürək çatışmazlığından vəfat etmişdir.
Tam adı:
Məmməd Mübariz Əlizadə
Unvan:
Azərbaycan Şərqşünası, Tərcüməçi, Filologiya Elmləri Doktoru, Professor, Əməkdar Elm Xadimi
Doğum:
Xamnə, Təbriz, İran, 23 Aralık 1911
Ölüm:
Bakı, Azərbaycan, 9 Nisan 1994
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam