Müqəddəs Şahbazov

Taleyran translated book
Translator
0.0/10
0 People
0
Reads
1
Likes
425
Views

About

Müqəddəs Şahbazov 1962-ci il martın 21-də Lerik rayonunun Lərmərud kəndində anadan olmuşdur. Sumqayıt şəhərində 21 saylı orta məktəbi bitirdikdən sonra Tikinti İdarəsində fəhləlik etmişdir (1979-1980). Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1980-1982). Yenidən Tikinti İdarəsində çalışmışdır (1982-1988). Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır (1983-1990). "Kimyaçı" qəzeti redaksiyasında tərcüməçi, Kimya Sənayesi İstehsal Birliyi radio verilişləri redaksiyasında redaktor, "Ana sözü" jurnalı redaksiyasında müxbir, "Haray" qəzeti redaksiyasında baş redaktor müavini, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, "Azərmətbuatyayımı" İstehsalat Birliyi Sumqayıt şəhər agentliyində rəis müavini vəzifələrində çalışmışdır (1988-1998). 2002-2007-ci illərdə "Lider" televiziyasının "Azərbaycan" redaksiyasında redaktor olub. 25 sənədli filmin ssenari müəllifidir. Hazırda "Sineman" jurnalının baş redaktorudur.
Full name:
Şahbazov Müqəddəs Bahəddin oğlu
Title:
Çevirmen, Şair, Yazar
Birth:
Lərmərud, Lerik rayonu, Azərbaycan SSR, SSRİ, 21 March 1962

Readers

1 readers liked.
Reklam

Translated Books

See All

Quotes

See All
Henüz kayıt yok

Updates

See All
Reklam