Musa Yaqub

Musa YaqubPayıza baxıram author
Author
9.1/10
13 People
44
Reads
17
Likes
3,411
Views

Musa Yaqub Quotes

You can find Musa Yaqub quotes, Musa Yaqub book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir.
Daha külə dönmüş soyuq ocaqdı, İndi ki, istisi olmayacaqdı, İndi ki, bəhrəsi olmayacaqdı Nəyimə gərəkmiş bu sevgi mənim, Nəyimə gərəkmiş o iztirablar, O dəli həsrətlər, ağır əzablar, Nəyimə gərəkmiş o yoxuş, eniş, Mən neçin bu yolu keçməliyəmmiş?!
Sayfa 363Kitabı okudu
Reklam
Mən həyat qədrini, ümid qədrini Ümidsiz olanda, bilmişəm heyhat!
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir. .. Qayıdıb dünyaya baxırsan bir də, Yaxşı adamları az olan yerdə Dünyaya adamın yazığı gəlir, Günahsız yaranmış dərəyə, düzə, Qayaya adamın yazığı gəlir.
Sayfa 48
Bu dünyada sevinc də var, dərd də var, Hərəsi bir yana çəkər könlümü. Yaxşı ki, namərd yanında mərd də var, Biri söksə, biri tikər könlümü.
Ağrıdır ağacım, Vallah ağrıdır - Bu qədər tamahlar, günahlar ilə, Bu qədər şər, şeytan, ilanlar ilə Bu qədər yamanlar, yalanlar ilə Bacarmaq çətindir, vallah, çətindir. Özünü bu qədər yandırma, yaxma. Elə alışarsan qalmaz əlacın! Sən suya, torpağa, havaya baxma İnsan başqa şeydi, qədir ağacım. Özün bilə-bilə qəddini əydin, Bu boyda əzabı, bu boyda zoru Gərək heç boynuna götürməyəydin.
Sayfa 251Kitabı okudu
Reklam
Biri var könlümü yaman sındırıb, Özü yanan deyil məni yandırıb; Onu da vecimə almayacağam beş-altı günlük. O qədər səbirli olacağam ki, Soyuq baxışlara, nadan sözünə O qədər biganə qalacağam ki, beş-altı günlük.
Sayfa 44
Ruhumla söhbət
Olmaz ki, nəyəsə etibar edim. Özümü yox edib, səni var edim. Qışqırma içimdə, azadlıq deyə Azadlıq nə gəzir bu yer üzündə, Azadlıq gəzirəm elə özüm də…
Aman, Allahım, Allahım, Yaratsana məni bir gül Bir bülbülün qabağında Könlüm nazlanmaq istəyir; Bir məhəbbət atəşində Təzədən yanmaq istəyir. Aman, Allahım, Allahım, Yaratsana məni bir daş Bir qayada çeşmələnib Könlüm ağlamaq istəyir; Bir çaylağa qol uzadıb Ömür bağlamaq istəyir.
Səbr kasasıdır mənim ürəyim, Səbri ölüb, quru kasası qalıb.
Mənsə öz içimdə çəkib cəzamı, İçib dolaşıram səbr kasamı. Vurub qəzəbimi, boğub hirsimi İldırımlar keçir hər bir əzamdan, Hər dəfə içəndə səbr kasamdan.
Reklam
İndi o ağacın budağı boşdu, Sənin məhəbbətin köçəri quşdu - Öyrəşib həmişə seyri-səfaya, Dəyişən yuvaya, isti havaya, Payızdan, şaxtadan yoxdu xəbəri, Sənin məhəbbətin quşdu köçəri… Yəqin duyar məni, bilər sevgimi, Duyğulu ürəklər, sevdalı başlar. Yaşar bu dünyada bir qərib kimi, Ötərgi sevgilər, köçəri quşlar..
Sayfa 360Kitabı okudu
Allahım, hayana aparım gedim, Məndə bu darıxqan, məftun ürəyi?!
Sayfa 221Kitabı okudu
Gedən gəlməz, gələn qalmaz Gedən birdi, gələn birdi…
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni. Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə.
Birdən tənhalıqda könlüm darıxdı, İsti bir əl üçün əlim darıxdı, Kövrək bir söz üçün dilim darıxdı… Çağırdım ağaclar gəlmədi haya, Bu daşlar olmadı dərdimə ortaq. Səsimi özümə qaytaran qaya, Şəklimi özümə göstərən bulaq…
544 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.