Musa Yaqub

Payıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.581
Görüntülenme

Musa Yaqub Gönderileri

Musa Yaqub kitaplarını, Musa Yaqub sözleri ve alıntılarını, Musa Yaqub yazarlarını, Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hicranımsan, əzabımsan, ahımsan, Daha məni bu ahımdan ayırma.
Əlçatmaz bilmişəm səni həmişə Sənin gül zirvənə əlim çatarmı? İsti baxışına, şirin ləhcənə Şeirim yetişərmi, dilim çatarmı? Bu kövrək sevdaya uyası olsam, Səni könlüm dolu duyası olsam, Yolunda bir ömür qoyası olsam Buna ömrüm yetər, ilim çatarmı?
Reklam
Qapında əyilib suala döndüm, Bircə alacağım cavaba görə. Allahım heç sənə əzab verməsin Sən mənə verdiyin əzaba görə.
İndi nazın böyük, ürəyin aram Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox. Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq, Onda biləcəksən mənim sevgimi. Biləcəksən, o da çox gec olacaq.
Kəsib ümidini büzüşüb yatar Sənin pəncərəndə mənim ürəyim.
Bəlkə gözləmirdik bu xoş görüşü. Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur...
Reklam
637 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.