Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Yaqub

Payıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.556
Görüntülenme

Musa Yaqub İletileri

Musa Yaqub iletilerini, Musa Yaqub okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Sən axdın su kimi, bulaqlar kimi, Mən yandım susamış dodaqlar kimi, Sən getdin əl edən budaqlar kimi, Mən qaldım kül olan ocaqlar kimi. İstədim könlümü bir də ovudum, Sinəmi dağlaya-dağlaya qaldım. Gəncliyim gəlmişdi qapıma, qovdum, Dalınca ağlaya-ağlaya qaldım.
Musa Yaqub
Musa Yaqub
“Ulduz tək üstümə səpələn, ey qar, Geydirdin əynimə ağappaq donu. Sənin ki, bu qədər təmizliyin var, Bağışlamaq olar soyuqluğunu. Ulduz tək üstümə səpələn, ey qar. Belə təmizlikdən isinmək olar.”
Musa Yaqub
Musa Yaqub
Reklam
Sən mənimləsən..
🌿🕊 Sən ey mavi göylər, Səmavi göylər! Görəsən göylərin qəfəsi varmı? Görəsən ruhların nəfəsi varmı? Üfüqdən-üfüqə uça bilirsə, Durna qatarında nizam qalacaq. Bizi o qatara yazan qalacaq. Qalacaq, məhəbbət təzə qalacaq! Sədaqət rəmzidir, Bir yaşam tərzi, Leylək yuvaları, Haqq tərəzisi, Bir gözündə mənəm Bir gözündə sən, Yer üzündə mənəm, Göy üzündə sən. Göyün azadlığı saxlayar bizi, Yerin tarazlığı saxlayar bizi. Qalarıq yer ilə göy arasında, Gedərik ələnmiş ələklər ilə, Gələrik qanadlı mələklər ilə. Deməli əbədi sən mənimləsən...
Musa Yaqub
Musa Yaqub
Xalqın şairinin 87 illiyi...
Baxçaya qoymusan dəmir qəfəsi, Baxsam, öldürərlər, baxmasam, ölləm. Qaracaoğlan Birinin bar verir guya söyüdü, Buluddan tayası, yağışdan südü, Di gəl bu ordenli, şöhrətli "bütü", Yıxsam, öldürərlər, yıxmasam, ölləm. Qulaqlar uyuyur bir xoş yalanda, Vəd verən də bilir, vədi alan da. Bu söz oyununda naçar
Keçən günüm, solub gedən gülümsən, Günbatanda bir də mənə gülümsə...🌻
Musa Yaqub
Musa Yaqub
Yorulmaz!
İki qəlbin işığında yol gedən Zülmət çağı dağlar aşa, yorulmaz. Yollarını bürüsə də, duman, çən, İki durna uçar qoşa, yorulmaz. Görürsənmi buludların selini, Gəlib tutdu bu dağların belini. Əlini ver, ömür dostum, əlini, Əl ki əldən bərk yapışa, yorulmaz Ağac olsan, budağında mən varam, Budaq olsan, yarpağında mən varam. Mən səninlə yolçuluqdan doymaram, Sel özünü vurar daşa, yorulmaz!💙
Musa Yaqub
Musa Yaqub
Reklam
Oyretme ozune oyretme meni ( Musa Yaqub) Taleyin qismeti rast saldi bizi, Yolumuz hardasa qirilacaqsa, Itireceyikse bir-birimizi, Xatirem yadinda qalmayacaqsa, Bu eller menimki olmayacaqsa, Bu teller menimki olmayacaqsa,
Nə bu ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi Bu dünyanın qara daşı göyərməz... Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma, əzizim, Bu dünyanın qara daşı göyərməz...
Musa Yaqub
Musa Yaqub
Dünyanın zəmisi heç imiş demə Dəryanın gəmisi köç imiş demə. Heçimi, köçümü indi bilmişəm, İndi bilməyim də gec imiş demə.
Musa Yaqub
Musa Yaqub
Taleyin qisməti rast saldı bizi. Yolumuz haradasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni. Yox buna taqətim, yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var- Hicranın köz basmış yanıqları var Mənim dərdlərimin ayaqları var- Harda olsa, gəlib tapacaq məni. Yanıb yandıracaq bu alov səni Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Musa Yaqub
89 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.