Onlar görüşdülər... Aylı gecəydi..
Oğlan pıçıldayır: "Sevirəm" -dedi,
- Əhdindən dönənin gözü oyulsun!
Ay da sevgimizə qoy şahid olsun!
Onlar ayrıldılar... Aylı gecəydi...
Oğlan başqasına: "Sevirəm" -dedi
Ay girdi buluda üzündə kədər,
Qorxdu, bir də onu şahid çəkərlər..
Onlar görüşdülər... Aylı gecəydi..
Oğlan pıçıldayır: "Sevirəm" dedi,
- Əhdindən dönənin gözü oyulsun!
Ay da sevgimizə qoy şahid olsun!
Onlar ayrıldılar... Aylı gecəydi..
Oğlan başqasına: "Sevirəm" dedi,
Ay girdi buluda üzündə kədər,
Qorxdu, bir də onu şahid çəkərlər..
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım, xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
🌊
İstəsən sükuta bürünsün cahan,
Heç nə yox, al məndən gülüşlərini...
Al məndən ömrümlə əbədi qalan
O ani, o ani görüşlərini.
İstəsən, qoy olsun! Nə danış, nə din!
Al indi o əziz günləri məndən.
İstəsən bir sabah mənə verdiyin
Sədaqət andını al geri məndən.
İstəsən, al məndən düşəndə kölgə
Yaşıl meşələrin pıçıltısını.
Bizimçün darıxan sahillə birgə,
Al məndən dənizin parıltısını.
Fəqət, soyuq baxma sən gendən, gözəl!
Sənsiz günəşsizdir bu göy, bu torpaq.
Hər şeyi, hər şeyi al məndən, gözəl,
Təkcə ümid qalsın qoy məndə ancaq.
Ümid – bir dünyalıq sükut içində,
Bir dünyaya dəyən gülüşlərindir.
Ümid – bir şimşəkdir bulud içində,
O ani, əbədi görüşlərindir...
Aylı gecə... Göy dərədə səslənir bulaq,
Əfsanəvi zümzüməsi "şeiriyyət" deyir.
Əsir külək, dinir meşə, danışır qovaq,
Mənim ürək sözlərimi təbiət deyir.
Bağlanmışdır könül sənə, etibar sənə,
Yollarıma işıq saçan məhəbbətindir.
Mən vermişəm ürəyimi yadigar sənə,
Sənin mənə yadigarın sədaqətindir.
Aylı gecə, çay kənarı, suların səsi…
Ürəyimin məhəbbəti tər çiçəyimdir,
Dinlə, yaşıl bağçadakı bülbül nəğməsi
Öz ümidim, öz sevincim, öz diləyimdir.
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev - tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev - xəstəxana küncüdür,