Nigar Rəfibəyli

Seçilmiş Eserleri author
Author
8.9/10
6 People
33
Reads
13
Likes
2,705
Views

Nigar Rəfibəyli Updates

You can find the Nigar Rəfibəyli updates, reader opinions on 1000Kitap.
Çiçəklərin çəkir gözü intizar, Ayrılıqdan betər dünyada nə var?
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Dünya, bir sirrini aşkar et mana, Nədən parlayırsan, nədən sönürsən? Bu qədər siqləti alıb arxana, Sən öz mehvərində necə dönürsən? Kaş güllər, çiçəklər olaydı yükün, Ağır mərmiləri daşımayaydın. Alnından şəfəqlər öpəydi hər gün, Sis-duman içində yaşamayaydın. Üfüqlərin təmiz, səhərin aydın, Əbədi baharla gözlərin aydın! Dünyam, gözəl dünyam, işıqlı dünyam, Həmişə aydınlıq içrə olaydın...
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Reklam
Bir həzin axşamda düşsən yadıma
DOST Dar gündə başımın üstünü aldın, Əzəldən tanıyıb bilmədiyim, dost. Halıma acıdın, dərdimə qaldın, Xoş gündə danışıb, gülmədiyim, dost. İsitdi qəlbimi bütün bir qışı, Mavi gözlərinin həzin baxışı, Nə yaxşı tanıdım, səni nə yaxşı, Eşqini qəlbimdən silmədiyim, dost...
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Könlümdə sönməyən bir işıq yanır, Onu sən yandırdın məhəbbətinlə, Elə bil nurlandı gözümdə cahan, Elə bil nur yağdı çiçəyə, gülə. Onu sən yağdırdın məhəbbətinlə...✨
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Dənizin səsi gəlir
Unutmaq istəyirəm xatirələri, Dənizin səsi gəlir… Unutmaq istəyirəm Qəlbimin sınıq məhəbbətini, İztirablı bir eşqin hekayətini. Unutmaq istəyirəm Acı-şirin xatirələri, Dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, Əfsanələr kimi şirin, xəyali dəniz, Sevmişəm dalğalarında, Günəşində yanmışam. Qumlu sahillərini Yalınayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı, dəniz. Sinəsi sinəm kimi Hicran dağlı dəniz. Unutmaq istəyirəm Sahilində şirin yuxular kii keçən Həzin axşamları, Günəşli səhəri, Unutmaq istəyirəm Yandırıb-yaxan xatirələri, Dənizin səsi gəlir…
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Aman Ayrılıq
youtu.be/qMwUjU7hLBk Mən ki, doymamışdım heç vüsalından, Mənə zülm eylədi yaman ayrılıq. Nə olardı bir gün durub yuxudan Görəydim ki, olub yalan ayrılıq… Biz ki, bir ruh idik iki bədəndə, O gülüb-sevinsə gülərdim mən də,
Reklam
Mən niyə baxıram yollara yenə? Sən ki bu yollardan gələn deyilsən… Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən. Qəmimdən xəbərsiz, məndən xəbərsiz Daha bu yerlərdə salmadın bir iz Ürəyim nə yaman darıxır sənsiz Sən ki bir danışıb gülən deyilsən. İnsan baş çıxarmır bəzən özündən İnciyir dostunun bircə sözündən Mən çox ağlasam da sənin üzündən, Sən ki göz yaşımı silən deyilsən. Mən niyə baxıram yollara, yenə Sən ki, bu yollardan gələn deyilsən Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən...
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Neyləyim
youtu.be/ssKlXRaLZJ4 Ala gözlüm, səndən ayrı gecələr, Bir il kimi uzun olur, neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Nərgizlərin gözü yaşla dolanda,
Bülbül gülün olmuş eşqindən dəli, Nəyinə lazımdır dünya gözəli?
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Ən çox sevdiklərimdən...
Bir son bahar da düşdü ömrümün təqvimindən. Nə sənə məhəbbətim, nə həsrətim azaldı. Özüm də heç bilmirəm niyə bir ömür boyu Gözüm uzaq yollarda –
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.