Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Niyaməddin Xalis

...Taparsan Məni yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
91
Görüntülenme

Hakkında

Tam adı:
Niyaməddin Surəddin oğlu Kəbirov
Unvan:
Şair
Doğum:
Qorxmazoba, Quba, Azərbaycan, 1976

Okurlar

1 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Füzuliyə nəzirə.
Şad oldu könül qaməti rənaya baxanda, Ruhum sevinir gözləri şəhlaya baxanda. Gül mövsümü tər lalə bitir cüt yanağında, Qanım durulur qaş-gözü ox-yaya baxanda. Gündüzlər onu axtarıram güllər içində, Aydın gecə əksin görürəm Aya baxanda. Gördükdə məni xoş meh ǝsir şux camalından, Canım üzülür zülfünaz simaya baxanda. Gözdən könülə gəldi bəla - odlu məhəbbət, Qeysə naşı "Məcnun" dedi, Leylaya baxanda. Hikmət dolu min bar tökülür hüzn ağacından, - Əqlinlə taraz et sözü misraya baxanda. Xalis qələmin sehrinə söz sərrafı düşsə, Aləm görəcək nur yolu - mənaya baxanda.
Səndən savayı görmədim aləmdə həyalı, nazəndə maralı, Əqlim dedi: sev, yoxdur o dilbərdən aralı ilqarlı, vəfalı! Dünyada səni çoxları sevdi, məni sevdin, yaz, gülşəni sevdin, İdrakına mat qaldı fəqir, pullu-paralı, azdırmı yaralı?! Qədrin bilən olmazdı yəqin böylə zamanda məntək bu cahanda, Əhdin də mənimlə qoşa görməkdi vüsalı əlçatmaz hilalı. Sənsən mənim aləmdə tacım, dövlətü varım, dağlarca vüqarım, İstər səni aşiq ki, keçə ömrü səfalı, daşdıqca xəyalı.
Reklam
Qızılgülünəm mən.
Çox çəkmə sınağa məni, ey gül, həminəm mən, qəm yelkəninəm mən. Yox tabım, inan, həsrətinə, bax, həzinəm mən, qəmgin, qəminəm mən. Döndün mələyə, sən demə, varmış mələk insan, canım sənə qurban. Sən nurlu günəşsən mənə gündüz, - əminəm mən, axşam şəminəm mən. Şahanə gözəlsən, bütün ellər bilir, ey şux, qul, çakərin olduq. Ağır yük imiş sevgi, işi çox çətinəm mən, lakin mətinəm mən. Şirinmidir ismin? - deyə sordum yuxuda mən, röya budur, əhsən! - Şirin, - dedi, deyiləm, nə əsən xoş mehinəm mən, Qızılgülünəm mən!
Taparsan məni...
Gəzmə dağı daşı, düşmə çöllərə, Qəlbinin başında taparsan məni. Ağla eşqimizi dərən illərə, Gözünün yaşında taparsan məni. Sənsiz mən neylərəm, ay qaşı kaman, Mənsiz taleyini alar sis, duman. Ömrün baharında itirsən cavan, Gün gələr, qışında taparsan məni. Sevən qəlblərimiz sahilsiz dərya, Hərəsi bir həzin, uyğusuz röya. Saçına yağsa qar, qaralar dünyam, Həyat yoxuşunda taparsan məni.
Necə bir qəribi sıxanda qürbət, Çırpınar ürəyi vətənə doğru...
Sınama qəlbinə munis adamı. Azdıran qəlbimi dumanda sənsən. Eynimdə, beynimdə əksin dolanır. Özgəyə yox məkan, gümanda sənsən. Həm camal, həm kamal aynasısan sən, Adına layiqdir toxunan şeir. Dünyada yaxşı da, yaman da sənsən, Eşqinə nəğmədir oxunan şeir. Qınama bu qədər, qınama məni, Bəlkə bərkə-boşa düşməmişəm mən?! Sınama bu qədər, sınama məni, El bilir, yanmışam, bişməmişəm mən. Güzarım hayana düşsə də fəqət, Burulur yollarım hey sənə doğru. Necə bir qəribi sıxanda qürbət, Çırpınar ürəyi vətənə doğru.
Mən sənli qəmlənib, sənli gülmüşəm, Həsrətin qəlbimi yaxıb, yandırıb. Sanki bu dünyaya onda gəlmişəm, - Baxışın qəlbimi alovlandırıb. O şəhla gözlərdə sehr var məncə, Hər baxış bir dünya səadətimdir. O ala gözlərdə hər şeydən öncə Sezdiyim utancaq məhəbbətindir. Dil aça bilməyib, lal olub eşqin, Həsrətlə gözlərin dolmasın deyə. Qonub yanağına xal olub eşqin Könlünün çiçəyi solmasın deyə. Xoş gündə edənsən zil gecəmi dan, Dar gündə qəlbimə təpər, dözümsən. Xoşbəxtlik ummuram günəşdən, aydan Səadət günəşim sənin özünsən!
Niyaməddin Xalis
Niyaməddin Xalis
Qızılgülünəm mən!
Çox çəkmə sınağa məni, ey gül, həminəm mən, qəm yelkəninəm mən. Yox tabım, inan, həsrətinə, bax, həzinəm mən, qəmgin, qəminəm mən. Döndün mələyə, sən demə, varmış mələk insan, canım sənə qurban. Sən nurlu günəşsən mənə gündüz-əminəm mən, axşam şəminəm mən. Şirinimdir ismin?- deyə sordum yuxuda mən, röya budur, əhsən! - Şirin,-dedi, deyiləm, nə əsən xoş mehinəm mən, Qızılgülünəm mən! 🌹
Niyaməddin Xalis
Niyaməddin Xalis
Reklam
Həm camal, həm kamal aynasısan sən, Adına layiqdir toxunan şeir. Dünyada yaxşı da, yaman da sənsən, Eşqinə nəğmədir oxunan şeir. Güzarım hayana düşsə də fəqət, Burulur yollarım hey sənə doğru. Necə bir qəribi sıxanda qürbət, Çırpınar ürəyi vətənə doğru...
Niyaməddin Xalis
Niyaməddin Xalis

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok