Nizami Gəncəvi

Leyla ile Mecnun yazarı
Yazar
8.6/10
395 Kişi
2.175
Okunma
227
Beğeni
11,9bin
Görüntülenme

En Yeni Nizami Gəncəvi Sözleri ve Alıntıları

En Yeni Nizami Gəncəvi sözleri ve alıntılarını, en yeni Nizami Gəncəvi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Vəhşiyə dost olsa insan dünyada, Vəhşi adətincə ömr edər o da.
Zülmün toxumundan göyərməz nəbat.
Reklam
"Olsun!", "olsun!" deyir dünyada hər kəs, Yoxdur məsləhəti bilən bir nəfəs. Bu sirrin nə ilki, nə sonu vardır, QIFIL ZƏNN ETDİYİN ÖZÜ AÇARDIR.
doymaz arzularımız var...
Insanlardan başqa bütün canlılar Qənaət evində tutmuşdur qərar. Ruzi arxasınca onlar da qoşar, Nə tapsa, onunla keçinib yaşar. Ruzi olmasa da kifayət qədər, Nə küsər, nə də ki, şikayət edər. Yalnız insan oğlu doymayan zaman Şikayət sədası ucalar ondan. Əlindən tikəsi itsə bir kərə, Naləsi, fəryadı çıxar göylərə. Düşəndə damına bir damcı yağış, Buludu töhmətlər, dilində qarğış. Insan daşa tutar günəşi yerdən, Ona arpa boyda daş dəysə birdən. Çalış, işıq kimi ap-ağ olasan! Pisdən və yaxşıdan uzaq olasan! Su kimi aləmə həyat ver, can ver, Hər rəngə uyğunlaş, dərdə dərman ver!
İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL UZATMAMAQ
Razı qal cahanda öz qismətindən, Özgənin haqqını çeynəmə gəl sən. Bir də ayağını öz yorğanından Artıq uzadanlar bədbəxtdir, inan. Bir quş ki, həddindən artıq ucalar, Özünü fəlakət yoluna salar. Ilan düz getməsə yoluyla əgər, Özünə sarılıb, dolaşıq düşər. Silaha sarılsa bir zahid axmaq. Onun qazandığı sillə olacaq. Aslanla döyüşə çıxsa tülkülər, Bilinər kimdədir qılıncla hünər.
Reklam
Sən də süsən kimi ipəkdən olsan, Səni saf torpaq da yaralar, inan!
ŞÖHRƏTİ UNUTMAQ
İlan tək dikbaşlı gəzmə, ey insan! Aşacaq dünyanın seli başından. Yeddi başın olsa, əъdəhalar tək, Onun yeddisi də yerə düşəcək. Çox da yüksəkliyə ucalma ki, sən Torpağa düşəndə inciməyəsən. Nə qədər alçaqdan yıxılsa adam, O qədər ağrısı az olur müdam. Dünyada yer kimi ağır dolansan, Üç gövhər arxanda qalacaq, inan! Bütün gövhərlərin rəngi parlaqdır, Hamsından xoş gələn yenə torpaqdır, Torpaqda gizlidir o üç yoldaş da, Yenə də torpaq var o üç yoldaşda. Saqi, lalə rəngli bir şərab yetir! Qarşıma çəng ilə bir badə gətir! Onunla sabahın üzü şad olur, Onunla ruh evi tez abad olur.
Doğruya azacıq bənzəyən yalan, Yaxşıdır yalana bənzər doğrudan.️
Toxumu bəsləyən torpaqdır ancaq. Ona şəkil də mi verir bu torpaq? Nizamsız olsaydı yeraltı bir an, Salxım olardımı, deyin, toxumdan? Tutaq, salxım olur bir dənin sonu, Şəkil qalıbına kim salır onu? Fikri dolaşdıran bu pərdə də bir, Halları dəyişən səbəb gizlənir. O səbəb nədirsə sənin yanında, Aç, söylə, gizləmə onu canında. Bir səbəb gördükdə arif olanlar Anlar ki, yaratmış onu səbəbkar.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.