Nizami Gəncəvi

Leyla ile Mecnun yazarı
Yazar
8.6/10
395 Kişi
2.175
Okunma
227
Beğeni
11,9bin
Görüntülenme

Nizami Gəncəvi Gönderileri

Nizami Gəncəvi kitaplarını, Nizami Gəncəvi sözleri ve alıntılarını, Nizami Gəncəvi yazarlarını, Nizami Gəncəvi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Doğruya azacıq bənzəyən yalan, Yaxşıdır yalana bənzər doğrudan.️
Toxumu bəsləyən torpaqdır ancaq. Ona şəkil də mi verir bu torpaq? Nizamsız olsaydı yeraltı bir an, Salxım olardımı, deyin, toxumdan? Tutaq, salxım olur bir dənin sonu, Şəkil qalıbına kim salır onu? Fikri dolaşdıran bu pərdə də bir, Halları dəyişən səbəb gizlənir. O səbəb nədirsə sənin yanında, Aç, söylə, gizləmə onu canında. Bir səbəb gördükdə arif olanlar Anlar ki, yaratmış onu səbəbkar.
Reklam
Ən uca nöqtəni aşarsa bir xətt, Öz əski halına meyl edər fəqət. Fikir nə zaman ki, son xəttə çatar, Dayana bilməyib geri qayıdar. Pərgar dolansa da öz dövrəsinə, Birinci nöqtəyə qayıdar yenə.
Qısa söz, dünyada nə sən, nə də mən Oyuncaq deyilik xilqətimizdən. Nə şəhvət, nə yuxu, nə də ki, yemək Həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən, Eşşək, öküzdə də görə bilərsən. Təbiət quranda xilqətimizi, Başqa səhifədə yazmışdır bizi. Anlayıb, düşünək hər şeyi gərək, Hər sirri açmaqla hünər göstərək. Yerləri, göyləri öyrənək bir-bir, Qalmasın bizimçin açılmamış sirr.
Ümidin sönməsin dünya olsa dar, Hər qara buluddan ağ yağış yağar.️
Ölüm ki, səndəndir nə qüssə, nə qəm, Qoy ölüm, ölümdən mən dad çəkmərəm. Hərçənd ki dünyada ölüm gerçəkdir, Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.