Nizami Gəncəvi

Leyla ile Mecnun yazarı
Yazar
8.6/10
395 Kişi
2.176
Okunma
227
Beğeni
11,9bin
Görüntülenme

Nizami Gəncəvi İletileri

Nizami Gəncəvi iletilerini, Nizami Gəncəvi okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Pərvanə əgər yansa da şəmin sitəmindən, Şəmin də yaxar ömrünü pərvanə tələsmə.
Nizami Gəncəvi
Nizami Gəncəvi
Pərvanə: Kelebek Şəm: Mum
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi? Ona mən göz yetirib xəlvəti baxdım-baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahət olub bir yatdıq, Bəxtimin baxçasına güllü bahar gəlmiş idi. Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?" Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi. Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi. "Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Nizami Gəncəvi
Nizami Gəncəvi
Reklam
Diləyirdim: mənə sən bir gecəlik yar olasan! Əhdi-peymanı tutub, əhdə vəfadar olasan! Gözlərin, yadları gördükdə gülür nərgiztək, Bir tikandır mənə qəmzən, nola qəmxar olasan! Dostluğundan demişəm mən, necə düşmən eşidib, Məni əğyarə xəcil etsən, özün xar olasan! Mənə dost ol, nə zərər, düşmənim olsun aləm, Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan! Sən nə quşsan, sınayım mən nə sayaq can səni Hanı bir öylə könül bəndü giriftar olasan?! Şəhər əhli sənin eşqində Nizami kimidir, Nə rəva Axsitana munisü dildar olasan!
Nizami Gəncəvi
Nizami Gəncəvi
"Sirlər xəzinəsi" poemasından "Sultan Səncər və Qarı"
Rəiyyətə hər zaman kömək etməli padşah, Səndən xarlıqdır gələn bizə, ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını, Buna mərdlik deməzlər, düşün işin dalını. Çapdırıb qarıları, qırdırma gəl acından, Onların gəl utan bir qar kimi ağ saçından. Sən bir qulkən edirsən padşahlıq iddiası; Azğınsan, şah deyilsən, sənsən doğuran yası. Padşah öz ölkəsini görmək istəsə abad, Etsin rəiyyətini gərək məsud, gərək məsud.
Nizami Gəncəvi
Nizami Gəncəvi
Görünüşünüz neye benzerse benzesin, nezaket sizi dünyanın en güzel insanı yapar.
Nizami Gəncəvi
Nizami Gəncəvi
...Gözüm aydın, gözümə surəti canan görünür...
Gözüm aydın, gözümə surəti canan görünür, Məşki-ənbər saçaraq, ətrlə əfşan görünür. Allaha şükür edirəm, ey gözümün nuru, bu gün, Yar gəlib göz önünə, sərvi-xuraman görünür. Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal, İki dünyaya dəyər, eylə ki, hicran görünür. Səni bir dəfə görənlər güvənir eşqimizə, Nə üçün gözlərin, ey dil, belə giryan görünür? Eşqini canım ilə bəslədi birlikdə könül, Onsuz, ey sevdicəyim, can evi viryan görünür. Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül, Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür. Şadlığından alışıb yandı Nizami, dedi ki: "Gözüm aydın, gözümə surəti canan görünür"
Nizami Gəncəvi
Nizami Gəncəvi
Reklam
203 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.