Nizami Orucov

Nizami OrucovMənim 7 xəyanətim author
Author
7.0/10
4 People
29
Reads
15
Likes
1,209
Views

About

Title:
Psikolog

Readers

15 readers liked.
29 readers read.
35 readers are reading.
165 readers will read.
2 readers left half.
Reklam

Quotes

See All
Off, bu şap deyə sən müraciətlərini sevmirəm də! Özümə icazəm olmadan toxunulmuş kimi hiss edirəm.
Xoşbəxtlik zatən məqamlardan,anlardan ibarət olur.
Sayfa 167Kitabı okudu
Reklam
İllərlə Azərbaycanda üzdə etika və qadağaları pozmasam da,daxilimdə heç bir qadağanı qəbul etməmişəm.Bu dünyada hər şeyin sadəcə və sadəcə insanın uydurması olduğunu çoxdan anlamışdım.
Azərbaycanda ancaq s*kənə hörmət var.Kobuda hörmət var.Eşşəyə hörmət var.Mənim kimilərə ölkəmdə hörmət ola bilməz.Bunu bilirəm.Sən deyə müraciət edənə yox,siz deyənə pis baxırlar.Mədəniyyətsizlik yox,mədəniyyətli olanlar əzilir,hər şey g*t-başdır ölkəmdə.
-“Hər kəsin özünə görə susduğu, qorxub gizlətdiyi bir şeyləri var”. -“Nə kimi?” -“Fikri, hissi, xəyalı, fantaziyası, nə bilim, bir gizlin xatirəsi”.
Sayfa 227Kitabı okudu

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Reklam
320 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 33 hours
Ölkəmdə belə bir kitabın yazılması da, satılması da, alınıb oxunması da çox böyük ürək, cəsarət, ya da yazarın dili ilə desək (“cəsarətli insanlar dəli olurlar”) dəlilik tələb edir :D Kitab rəfimin ilk dəli-dolu kitabıdır deyə bilərəm, hansı ki nə az, nə çox 4 günə bitirdim. İlk deyirəm, çünki digərləri də triologiyanın ardı olacaq olan 2 kitab olacaq. Ancaq belə bir kitab deyil təkcə baş qəhrəmanın həyatını yaşatmaq, bəhsi keçən hər kəsin yaşadığı maraqlı, amma cəmiyyət daxilində öz beynimizdə yaratdığımız uydurma qəliblərə görə əziyyət çəkdiyi “çirkin” taleyindən, özümüzü inandırdığımız əsassız səbəblərə görə xoşbəxt bir ailənin necə dağılmasından onlarla dərs keçə bilərdi. Hələ siyasi baxış açılarını isə demirəm. Günün sonunda (“insan nə edirsə etsin, ancaq özünü alçaldır, o kimisə alçalda bilməz”) hər kəs öz seçimlərinin nəticəsini yaşayır. Həm kövrəltdi, ağlatdı, həm əsəbiləşdirdi, öyrətdi, həm də əyləndirdi, güldürdü. Hər şeydə çıxış yolu olduğu kimi burda da yaşanmışlıqların əlbət bir həlli var, növbəti hissələri səbrsizliklə gözləyirəm!
Mənim 7 xəyanətim
Mənim 7 xəyanətim
Nizami Orucov
Nizami Orucov
Mənim 7 xəyanətim
Mənim 7 xəyanətimNizami Orucov · Mücrü Nəşriyyat · 202129 okunma
·
Not rated
#okur
Kitab gözlədiyim kimi çıxmadı,sadəcə yaşadığı münasibətləri yazmışdı,həttda bunu oxuyarkən insanın ürəyi bulanmaması əldə deyildi.Tövsiyyə görmürəm oxumağı. bu kitabı oxuduğum vaxta daha yaxşı kitab oxuya bilərdim.
Mənim 7 xəyanətim
Mənim 7 xəyanətimNizami Orucov · Mücrü Nəşriyyat · 202129 okunma
320 syf.
2/10 puan verdi
·
Read in 14 days
"Hər bir sözü yaşanmış kitab" şüarı ilə təqdim olunan "Mənim yeddi xəyanətim" tam bir xəyal qırıqlığı idi. Bütün bunların yaşandığını düşünərək oxumaq ayrıca ürəyimi bulandırdı. Sona qədər oxumağıma tək səbəb isə yeddinci xəyanətə çatdıqda hər birini əslində özünə etdiyinin fərqinə varması ehtimalı idi. Amma çox təəssüf... Həyatda sadəcə uğur qazanmağa programlanmış bir adamın ailəsində olan problemi dünya müharibəsinə çevirməsi və ard-arda etdiyi murdarlıqlara ya arvadını, ya da atasını günahlandıraraq bəraət qazandırmasından ibarət bir həyat hekayəsi oxudum. Ailə birliyinin dağılma səbəblərini düşündükcə bu insanı nə ər, nə ata adlandıra bilirəm, sadəcə əlində olanın qədrini bilməyib macəra axtaran bir səfeh deyə bilərəm ən yumşaq formada. Ancaq özünün psixoloq olması və sırf bu kitabı oxuyucusunu konsultasiyasına yönəltmək məqsədilə yazdığı düşünülərsə, yenə 'reklamlar' deyib keçmək olar. Məncə, digər bütün hallarda insanları ailəsində hər bir söz-söhbəti qabardaraq ya xəyanətə, ya boşanmağa, ya da özünə-psixoloqa yönəldən provokativ bir səhifə yığınıdır.
Mənim 7 xəyanətim
Mənim 7 xəyanətimNizami Orucov · Mücrü Nəşriyyat · 202129 okunma