Ənvər Yusifoglu

Gənclik İllərinə Səyahət author
Author
0.0/10
0 People
3
Reads
0
Likes
275
Views

About

Ənvər Yusifoğlu (15 yanvar 1914, Yevlax, Yelizavetpol quberniyası – 4 mart 1989, Bakı) — Azərbaycan yazıçısı. Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir. Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir. Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950–1956), "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi (1957–1965) vəzifələrində çalışmışdır. Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. "Cərrahlar" (1967), "Gənclik illərinə sayahət" (1976) povestlərinin, "Düşmənimin düşməni" (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair "Maral Rəhmanzadə" (Bakı, 1968) adlı kitabın müəlifidir.
Full name:
Ənvər Yusif oğlu Qasımov
Title:
Yazar
Birth:
Yevlax, Yelizavetpol quberniyası, 15 January 1914
Death:
Bakı, Azərbaycan, 4 March 1989

Readers

3 readers read.
Reklam

Quotes

See All
Henüz kayıt yok

Updates

See All
Reklam