Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Oar

8.8/10
151 Kişi
493
Okunma
64
Beğeni
4.000
Görüntülenme

Oar Yorumları ve İncelemeleri

Oar yorumları ve incelemelerini, Oar kitabı hakkındaki okur görüşlerini , Oar puanlarını 1000Kitap'ta bulabilirsiniz.
327 syf.
10/10 puan verdi
·
Beğendi
·
50 günde okudu
Hər gününü son günün kimi yaşa. Bir gün haqlı çıxacaqsan.
Kitabı 3 gün əvvəl bitirməyimə baxmayaraq hələ də kitabın təsirindəyəm və bu məni kitab haqqında incələmə yazmağıma sövq elədi. Oar'ın bu əsəri həqiqi həyat hekayəsindən qaynaqlanaraq yazması məni daha çox təcübləndirdi. Belə istedalı gənclərin olması həqiqətən xoşdu. Əsərdə adından da göründüyü kimi Bendy Vuenin şizofreniya xəstəsidir. Amma əsərdəki hadisələr elə cəryan edirki hər şey normal görsənir və sonda baş verənlər adamı çox təcübləndirir. Bilirəmki bu əsəri çox az adam oxuyub. Amma demək istiyirəm ki, həqiqətən oxunulası bir əsərdi. Hətta bəzi yazarların əsərləri varki onlardan daha yaxşıdı.
Oar
Oar
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
38 günde okudu
Oar - "Yalnızlıqdan Şizofreniyaya"
Əsəri oxuyub bitirməyimdən təxminən 2 saat sonra... Çox qarışıq bir hislərə sahibəm hal-hazırda.Elə isə bu romanla ilk tanışlığımdan hazırkı ana qədər kitabla bağlı yaşadığım hər şeyi sizinlə də paylaşmaq istərdim. İlk öncə onu deyim ki, əsərin adını ilk dəfə hardan eşitdiyim, kimdən eşitdiyim, ya da hardasa görüb oxumaq qərarına
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
Reklam
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Nəhayət kitabı bitirdim. Gözlədiyimdən çox daha maraqlı və həyəcanlı idi. Hadisələrin gedişatında bəzən nələr baş verdiyini anlayır, daha sonra isə bu anladıqlarımdan şübhə edirdim. Fərqi bir təəssürat bağışladı kitab mənə. Ah, Bendy Vuen səni ve həyatını uzun müddət unutmayacam. Azərbaycanlı bir yazardan belə yaradıcı, insanı bəzən çaşdıran, və ən əsası isə həyəcanda saxlayan bir kitab mükəmməldir.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
327 syf.
10/10 puan verdi
·
6 günde okudu
Heç bir sözlə keçirdiyim hisslərimi ifadə edə bilmirəm...
Kitabın təsirində əminəmki günlərlə qalacam,demək olarki kitabı oxumadım Bendy Vuen ilə birlikdə yaşadım kitabın həqiqətən sonu gözlənilməz oldu.Amma bitirdikdən sonra Kaş Sonu belə bitməsəydi "hər şey yalan olsun" deməy keçdi içimdən.Əmin ol ki,səni hər zaman xatırlayacam əziz Bendy Vuen
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
Kitab haqqında ilk eşitdiyimdə həqiqətən də xarici bir yazar olduğunu düşündüm . Lakin yazarın azərbaycanlı olması daha da marağımı çəkdi və aldım . Oxuduqca insanı özünə bağlayır və çox axıcı bir əsərdir. İlk olaraq Elzanın həyatında baş verən bədbəxtlikdən söhbət açılır .Buna rəğmən Elza həyata daha da bağlanır və hər gününü son günü imiş kimi yaşayır . Sonra Bendy Vuen adlı biri ilə tanış olur və həyatı ilə bağlı kitab yazmağını xahiş edir və əsas hissə başlayır. Bendy Vuenin hissləri İnara olan sevgisi çox gözəl təsvir edilib . Lakin əsər məndə fərqli təəsürat yaratmadı bəlkə də çox buna oxşar kitab oxumuşam bilmirəm , amma kitabda baş verəcək hər bir hadisəni əvvəlcədən təxmin etmişdim . Buna rəğmən çox maraqlıdır və oxumağa dəyər. ))
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Tek sözle mükemmel Evvel başlayanda sıxıcı geldi amma bu qeder düşündürcü, heyecanlandırıcı ve üzümde gülüş yaradan bir kitab oxumadığıma eminem. Çox axıcı ve ferqli mövzusu var... texminen son 32 sehifesinde şok yaşadım sonda ise daha birini...Günlerle tesirinden çıxmayacağıma eminem...oxumağa deyer bir eserdir Teşekkür edirem
Oar
Oar
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
Reklam
344 syf.
9/10 puan verdi
·
58 günde okudu
Kitabı 1 aydan çoxdur bitirmişəm və hələ də təsirindən çıxa bilmirəm. Sadəcə möhtəşəm. Belə istedadlı gənc yazarların olması məni sevindirir. Bəzən elə kitablar olur ki, hadisələrin gedişatını təxmin etmək olur. Ancaq bu kitab tamamilə fərqli və həyəcanlı idi. Həyəcanlı olması ilə bərabər, həmçinin kitab əyləncəli və çox axıcıdır. Bitməsinə üzüldüm desəm yalan olmaz. Bendy Vuen, uzun zaman yaddaşımda qalacaq möhtəşəm həyat hekayəsi üçün təşəkkürlər...
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabı 1 həftədir ki oxuyurdum. O deyirlər ki, əgər bir kitabı oxuyursansa nə onun bitməsini istə nə də bitməməsini istə. Kitabdan oxuduğun müddətdə doya doya həzz al. Fərqi yoxdur ki, bir nəfər bunu bir neçə saata bitirər, sən isə günlərlə, hətta bəlkə bir aya bitirərsən. Əsas odur ki, nə oxuduğunu bil və özünü kitaba elə köklə ki, sanki o xarakterlərin yerindəsən. Gəlin səmimi olaq ki, hər kitaba da köklənmək olmur, kitab səni özünə bağlaya bilmir, hər nə qədər özünü sevdirməyə çalışsa da (yazıçının maraqlı alındırdığını düşündüyü cümlələri ilə) sevmirik ki sevmirik. Amma bu kitab… o qədər inanılmaz və uğurlu bir əsərdir ki, sözlər aciz qalır təsvir etməkdə. Sona yaxınlaşanda heç gözləmədiyim şeylərlə məni təəccüb içində buraxdı. Bir neçə oxuyan dostum bunu təxmin edə bildiyin demişdi, amma bilmirəm mənim üçün marağlı olsun deyə özümü düşünməyə məcbur etmədim deyə mi, yoxsa həqiqətən də novella ilə bitdiyi üçün mü təxmin edə bilmədim?! Bəzi şeylər ağlımdan keçmişdi, amma bu qədəri də yox. Oxuduğlarım içində məni düşünməyə vadar edən kitablardan biri idi, oxuduğum bir an belə fikrim hadisələrdən yayınmadı. Spoiler vermək istəmirəm amma oxuyan peşman olmaz deyə bilərəm :)
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
hər səhifəsini diqqətlə böyük maraqla oxudum çox mənalı kitabdır. Kitabı oxuduqca içindəkiləri ruhən yaşayır insan, hər bir detayı özəldir Kitabda adı çəkilən musiqi belə çox çox özəldir hallelujah" kaş ki bu kitaba uyğun film çəksələr Bendy vuen bu acı həyatını və sənin inarını unutmayacam
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
344 syf.
·
Puan vermedi
·
31 saatte okudu
Oxuduqca həm güldüyüm, həm üzüldüyüm həm də öyrəndiyim kitab... Tək sözlə mükəmməldir deyərdim. Yaxşı ki oxudum dediyim ən təsirli, ən maraqlı kitablardan idi. Kitabın təsirindən hələdə çıxa bilməmişəm. Əsəri oxuduqca yazıçının iç dünyasına heyran olursan. Hər kəsə oxumaqı məsləhət görərdim. Sən mənim sevimli qəhrəmanim olaraq qalacagsann, Bendy
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017482 okunma
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.