8.8/10
151 Kişi
495
Okunma
64
Beğeni
4.111
Görüntülenme

En Eski Oar Yorumları ve İncelemeleri

En Eski Oar sözleri ve alıntılarını, en eski Oar kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bizdən də belə istedadlı yazarların çıxmasını görmək nə xoşdur. Ela kitab idi. Bendy Vuen özləyəcəm səni ve sənin bu acılı həyat hekayəni unutmayacam heç vaxt. Hekayə Bakı da keçdiyi üçün nə vaxtsa Papa Johns pizza yerinə və ya Filarmoniya bağına getsəm və ya da Neft Universitetini görsəm sən, İnarə Vahid (və ya sənin deyiminlə İnar) yadıma gələcəksiniz.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
8/10 puan verdi
Daha yeni bir kitab da bitdi.Kitabı aylardı alsamda əlim getmirdi oxumağa,nədənsə içimdə kitaba qarşı mənfi hisslər yaranmışdı açığım.Amma oxudum və həqiqətəndə yanıldığımın fərqinə vardım.Kitab dəhşətli dərəcədə axıcıdı.Tək sevmədiyim tərəfi biraz fantastik olmasi oldu(mənə görə belədi).Ənnnnn sevdiyim və kitabı oxumağıma davam etdirən səbəb isə bütün kitab boyu məni güldürməyi idi.Amma içimdəki hiss bu qədər güldürməyin axırı hüznlə qurtaracağını deyirdi. Mövzusu Elza adlı qızımız rēfiqəsinin ad gününə gedərkən başına beton düşməsi nəticəsində komaya düşür,lakin ayılandan sonra hĕyatını tamamilə dəyişdirir və özü üçün planlar qurur.6-cı planı isə bir nəfərə həyatını romana çevirmək idi.Sonda həmin insan qarşına çıxır və bu Bendy idi.Bendy uşaq yaşlarınında valideynlərini itirmiş və yetimxanada böyüyüb.Indi isə barların birində gitar çalır.Bendinin Enovar adlı dostu,Inarə adlı isə sevdiyi olur və bütün kitab onların ətrafında baş verənlərdən danışır. Bendy və Enovarın arasındaki dialoqlara söz ola bilməz.O qədər güldürdüki məni.Enovar xasiyyətcə həm yaxşı, həm də pis biridi.Insanları incitməkdən çəkinmir. Bir sözlə kitabı çox bəyəndim amma fantaziyadan uzaq olsaydi(xüsusi ilə sonları) dəhşət sevərdim.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
Reklam
344 syf.
·
Puan vermedi
·
Beğendi
Neçə vaxtdır axtardığım bir kitab.. Hədsiz dərəcədə maraqla yazılıb, kitabı oxuduqda sanki yaşanır göz önün də canlanır. Psixoloji kitab olaraq çox düşündürür, gözləmədiyiniz anda süjet xətti elə dəyişir ki (yaxşı mənada) kitabdan ayrılmaq olmur. 1 gecədə belə bitirə bilərsiniz
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Nəhayət kitabı bitirdim. Gözlədiyimdən çox daha maraqlı və həyəcanlı idi. Hadisələrin gedişatında bəzən nələr baş verdiyini anlayır, daha sonra isə bu anladıqlarımdan şübhə edirdim. Fərqi bir təəssürat bağışladı kitab mənə. Ah, Bendy Vuen səni ve həyatını uzun müddət unutmayacam. Azərbaycanlı bir yazardan belə yaradıcı, insanı bəzən çaşdıran, və ən əsası isə həyəcanda saxlayan bir kitab mükəmməldir.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
10/10 puan verdi
·
Beğendi
·
57 günde okudu
Tək kəlməylə MÖHTƏŞƏM. uzun zaman təsirindən çıxa biləcəyimi düşünmürəm bu həyat hekayəsinin. Sonunu heç cür təxmin edə bilmədiyim möhtəşəm bir kitab idi... Kitab haqda nə qədər şey yazsam az qalar, anlamaq üçün mütləq oxumaq lazımdı. Bəs biz kimik? Bəlkə özlüyümüzdə "Enovar olan Bendy' ik"... Oxumayan çox şey itirər.. Neft Akademiyasına, filarmoniya bağına, papa jonhsa nə vaxd yolum düşsə, ağlıma sən Bendy Vuen və İnarın, göbələkli pizzan, kapuçinon, mavi skamya gələcək.. Sizi uzun müddət unuda biləcəyimi düşünmürəm..
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
8/10 puan verdi
Yalnızlıqdan Şizofreniyaya
4-5 milyard il bundan öncə bir sənət əsəri yaradıldı. Möhtəşəm bir sənət əsəri. O sənət əsəri ki, onu sərgidə yerləşdirmək üçün nəzərdə tutulan sərgi salonu ən azı 510 milyon kvadratkilometr olmalıdır...
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan Şizofreniyaya
Oar
Oar
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
47 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.