8.8/10
151 Kişi
495
Okunma
64
Beğeni
4.110
Görüntülenme

Oar Yorumları ve İncelemeleri

Oar yorumları ve incelemelerini, Oar kitabı hakkındaki okur görüşlerini , Oar puanlarını 1000Kitap'ta bulabilirsiniz.
344 syf.
·
Puan vermedi
·
31 saatte okudu
Oxuduqca həm güldüyüm, həm üzüldüyüm həm də öyrəndiyim kitab... Tək sözlə mükəmməldir deyərdim. Yaxşı ki oxudum dediyim ən təsirli, ən maraqlı kitablardan idi. Kitabın təsirindən hələdə çıxa bilməmişəm. Əsəri oxuduqca yazıçının iç dünyasına heyran olursan. Hər kəsə oxumaqı məsləhət görərdim. Sən mənim sevimli qəhrəmanim olaraq qalacagsann, Bendy
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
·
Puan vermedi
·
74 günde okudu
Tənhalıqdan baş vermişdi deməzdim.....
Kitab, bir qızın başına gələn hadisələrlə başlayıb başqa bir oğlanın həyat hekayəsi ilə davam edir. . Məhz bu həyat hekayəsi sizi alt-üst edəcək. . Kitabın adına görə çox şüphə içində idim. Xarakterimiz Bendinin yanında kimi oxusam əminliklə yanaşa bilmirdim dialoqlarına.... Amma düşündüyüm bir ehtimal sonunda özünü doğrultmuşdu. (Tato yerlərinin fərqliliyi) . Kitabdakı bənzətmələri çox bəyənmişdim.... Amma Azərbaycana aid bir şeylər yazılmasaydı bu kitabın hansısa xarici ölkədə və azərbaycanlı olmayan obrazların başına gəldiyini fikirləşərdim. . Kitabın ortalarına doğru başdakı hadisələrə "omasa da olardı " kimi yanaşırdım. Lakin, kitabın sonundakı çaşqınlığı məhz " barmen qız " ın dedektif ilə ortaya çıxartması o yanaşmamı sildi... . Oar yaradıcılığından oxuduğum ilk kitab idi. Dəstixəttini bəyəndiyimə görə əminəm ki, oxumağa da davam edəcəyəm... . Oxuyanlara və oxuyacaq olanlara isə xoş mütaliələr....
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
Reklam
344 syf.
9/10 puan verdi
Oxuduğum ən maraqlı kitablardan biridir kimi şablonlar yazmayacam. Kitab oxumursan sanki, başqa birinin həyatını canlı yaşayırsan. Həyəcan dolu, əsrarəngiz kitabdır. İnsan beyninin ona oynadığı oyunlar.. əslində hamımızın özünə yaratdığı dünyada yaşaması.. bir müddət sizi narahat edəcək olan; "Görəsən mən də şizofrenəm?" sualı və daha nələr nələr. Yazarın növbəti kitabını səbrsizliklə gözləyirəm. 2 il əvvəl oxumağıma baxmayaraq hələ də təsiri davam edən bir neçə kitabdan biridir) oxumağa dəyər, hətta deyərdim, oxumasaz maraqlı bir həyatı yaşamamış olarsız))
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
10/10 puan verdi
·
4 günde okudu
Başlarda dialoqları ilə güldürən sonda isə ağladan bir əsər... Gözlənilməz sonluğu olan əsər balacalıqdan şizofren olan Bendy Vuen'in bədbəxt həyatınnan bəhs edir. Əslində Enovar deyə birisinin heç bir zaman var olmadığını ilk başlardan anlamışdım, amma əsərdə mənim üçün gözlənilməz olan bir çox şeylə rastlaşdım. Ahh Ben yaddaşımda qalan bir əsər qəhramını oldun. Nə hiss etdiyimi dəqiq bilmirəm. Hisslərim çox qarışıqdır. Uzun müddət təsirindən çıxa bilməyəcəyəm yəqin ki...
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
·
Puan vermedi
·
Beğendi
·
12 günde okudu
Oxuduqca həm güldüyüm, həm təəccübləndiyim,həm öyrəndiyim,həm üzüldüyüm,həm hirsləndiyim bir kitab... Oxuduqca psixologiyam dəyişdi,bir müddət düşündüm ki,aa necə pis romandı, konkret olaraq "sevmədiyin adamları öldür" deyir,əslində roman yox,romanın qəhrəmanlarından biri.Sonra anladım ki, əslində qəhrəman elə özü psixoloji bir xəstəlikdən-şizofreniyadan əziyyət çəkirmiş.Kitabın sayəsində bəzi eşitdiyim amma adını bilmədiyim məşhur musiqilərin adlarını da öyrənmiş oldum.Bendy ilə Enovarın dialoqları mükəmməl idi,həm də çox gülməli.Müəllif insanı bir an içində gözlənilməz halda şoka salmağı bacarır.Əsərin sonunda rəsmən şokdaydım,hələ də təsirindəyəm.Kitabı oxumağa dəyərdi məncə,ən azından Elzanın başına gələnlər ,bütün olanlardan əvvəl və sonra onun reaksiyaları,hərəkətləri hər kəs üçün gözəl dərs və həyata daha möhkəm tutunmağa səbəb olacaq,əminəm.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
344 syf.
8/10 puan verdi
Daha yeni bir kitab da bitdi.Kitabı aylardı alsamda əlim getmirdi oxumağa,nədənsə içimdə kitaba qarşı mənfi hisslər yaranmışdı açığım.Amma oxudum və həqiqətəndə yanıldığımın fərqinə vardım.Kitab dəhşətli dərəcədə axıcıdı.Tək sevmədiyim tərəfi biraz fantastik olmasi oldu(mənə görə belədi).Ənnnnn sevdiyim və kitabı oxumağıma davam etdirən səbəb isə bütün kitab boyu məni güldürməyi idi.Amma içimdəki hiss bu qədər güldürməyin axırı hüznlə qurtaracağını deyirdi. Mövzusu Elza adlı qızımız rēfiqəsinin ad gününə gedərkən başına beton düşməsi nəticəsində komaya düşür,lakin ayılandan sonra hĕyatını tamamilə dəyişdirir və özü üçün planlar qurur.6-cı planı isə bir nəfərə həyatını romana çevirmək idi.Sonda həmin insan qarşına çıxır və bu Bendy idi.Bendy uşaq yaşlarınında valideynlərini itirmiş və yetimxanada böyüyüb.Indi isə barların birində gitar çalır.Bendinin Enovar adlı dostu,Inarə adlı isə sevdiyi olur və bütün kitab onların ətrafında baş verənlərdən danışır. Bendy və Enovarın arasındaki dialoqlara söz ola bilməz.O qədər güldürdüki məni.Enovar xasiyyətcə həm yaxşı, həm də pis biridi.Insanları incitməkdən çəkinmir. Bir sözlə kitabı çox bəyəndim amma fantaziyadan uzaq olsaydi(xüsusi ilə sonları) dəhşət sevərdim.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
Reklam
47 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.