Connection Parenting: Parenting Through Connection Instead of Coercion, Through Love Instead of Fear
🫂: PAM LEO
Bəzi uşaqlar böyüyüb #mahatmagandhi olduğu halda, bəzi uşaqlar niyə #adolfhitler olur
#pamleo ilk övladını dünyaya gətirdikdən sonra insan davranışlarını anlamaq eşqinə düşür, beləliklə sosiologiya, psixologiya, erkən uşaq inkişafı kimi sahələrə yönələrək araşdırmağa başlayır. Araşdırmalarına davam edib 2 qızını böyüdərkən #parenting kursları keçməyə başlayır və ən sonunda da mənim bəhs etdiyim kitabın müəllifinə çevrilir. Çünki nəşr olunmuş kitabla daha çox valideynin həyatına toxuna biləcəyini anlayır.
Kitab praktiki əhəmiyyətli, çoxlu tapşırıqları olan və həzm olunmalı tərzdə qələmə alınıb. Xüsusilə də övladı ilə bağ qurmağa çətinlik çəkənlər, valideynliyi zövqdən çox məcuriyyət kimi görənlər, keçirməyə vaxt, söhbət etməyə mövzu tapa bilməyən valideynlərin imdadına çata bilər.
🪢Öhdəliklərini yerinə yetirib övladından zövü alan valideynin effektivliyi onun övladı ilə arasındakı bağda öz əksini tapır. Valideynlikdə ən vacib şey isə həmin bağı qoruyub saxlamaq, daha da gücləndirməkdir. İnsanın inkişafında ən əsas rol oynayan amil isə güclü bağlarının olmasıdır.