Kitab ümumdünya təhsil sistemini sorğulayır və " bu bəlanı" ovçu toplayıcı dövrdən "əkin-biçin" , sonra sənaye dövrünə keçiddən qaynaqlandığını bildirir. Oturaq həyat tərzinə, dörd divara tıxılıb qalmaqla yaradıcılığımızı , düşünmə genişliyini məhdudlaşdırdığımızı bildirir.
Çox yox elə 90 və 2000-ci illərin əvvəlində oynadığımız həyət oyunları , uşaq dostluqları artıq yoxdur. Tikilən evlər ,dar küçədə maşın sürmə sevdası uşaqların sosial, koqnitiv və emosional inkişaf fürsətini əlindən alıb.
Uşağı qorumada ,təhsil məsələsində hədsiz narahatlıq həm bizi ,həm də uşaqları fərqində olmadan yorur, qəm dünyasına qərq edir.
Bəs bu qüssəni aradan qaldırmaq mümkündürmü?
Müəllifin fikrincə hə.
Bu zaman o məktəbsiz ev təhsili və ya Sudberi valley məktəbini örnək göstərir.
Mən bəyəndim. Və fikrimcə müəllifin dövrlərdəki inkişafla bağlı iddiaları da ağlabatandır.
Uşaqları, özümüzü daha yaxşı anlamaq, həll yolları tapmaq üçün məsləhətli kitabdır.