Pərvin Nuraliyeva

Vəziyyət Ruscadır yazarı
Yazar
8.3/10
6 Kişi
15
Okunma
6
Beğeni
1.867
Görüntülenme

Pərvin Nuraliyeva Sözleri ve Alıntıları

Pərvin Nuraliyeva sözleri ve alıntılarını, Pərvin Nuraliyeva kitap alıntılarını, Pərvin Nuraliyeva en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
XX əsrin kəmiyyət,miqyas və ağırlıq etibarilə ən böyük dəhşətini yaşayanlar məhz yəhudilərdir.Holokostu hər yandan araşdırıb bu böyük nifrətin, antisemitizmin səbəblərini tapmaq olmur.Hitlerin anasını ölümcül xəstəlikdən sağalda bilməyən həkimin yəhudi olması, ya da Stalini yəhudi qızının aşağılaması kimi nağıl-cavablar inandırıcı deyil.Bəlkə ən doğru cavabı Çörçil verib,o deyib ki, İngiltərədə antisemitizm ola bilməz, ona görə ki, ingilislər özlərini yəhudilərdən ağılsız saymırlar.
Qoqolun ölümü də əsərləri kimi fantastik, qəribə olmuşdu.Letargik yuxudan qorxan sənətkar öz fobiyalarının qurbanı idi..."Ölü canlar"ın ikinci hissəsini yandırmağı", "cəsədimin çürüməyini gözləyin" - deməyi,ölüm aclığı ilə sonunu yaxınlaşdırmağı indi psixiatorların araşdırma mövzusudur.Ancaq zamanı və bu zaman içində baş verənləri ayıq başla görən, üstəlik, bunları qələmə ala bilən sənətkarın halını anlamaq üçün elmi-psixiatrik təhlillərə ehtiyac da yoxdur.Hər şey aydındı...
Reklam
Çexov
Konstantin Stanislavski "Çexov və bədii teatr Sovet məqaləsində yazır: "Bir dəfə köhnə tanışım yanıma  gəlmişdi. Çexov da orda idi. Çox şən,  mehriban və cəmiyyətdə qayğısız avaranın biri kimi  tanınan dostum mənimlə deyir-gülür, zarafatlaşırdı. Çexov çox ciddi görkəmdə, sınayıcı baxışlarla onu süzdü, heç nə demirdi. Adam gedəndən sonra Anton  Pavloviç məni onun haqqında sorğu-suala tutdu. Mən təəccüblə bu marağın səbəbini soruşanda Çexov - bura baxın, o ki intihara hazırdı... - dedi".   Zahirən sakit və şən bir adamın haqqında deyilmiş bu sözlər Stanislavskiyə qəribə gəlir, amma bir neçə il sonra həmin dostun intihar etdiyini eşidəndə Konstantin Sergeyeviçin heyrəti yerə-göyə sığmır.
"Mən böyüyəndə, birdən-birə dəhşətli bir həqiqət açıldı qarşımda. Atamanlar, yönsüz Klemantinlər, mayor Priş və Uqryum-Burçeyevlar Saltıkov-Şedrindən daha çox yaşayıblar. Bax onda mənim ətraf mühitə münasibətim matəmə büründü". Mixail Bulqakov yazırdı bunu...
Günlərin birində Puşkindən cəmi-cümlətanı onca yaş cavan olan " oxucu" qapısına gəlir.O qədər həyəcanlanır ki, hər qapıya çatanda qaçıb gedib yaxındakı qəlyanaltıda "yüz" gillədir.Cəsarət üçün! Nəhayət,böyük şairin qulluqçusu çıxıb ağasının yatdığını deyir.Oxucu heyrət içində saatı yadına salıb düşünür ki, yəqin, şair səhərəcən yeni əsərini yazırmış, ona görə günün bu gec vaxtına qədər yuxudadır.Amma qulluqçu əsl həqiqəti açıb deyəndə rus ədəbiyyatında növbəti bir sarsıntının əsası qoyulur.'Əşi nə yazmaq e, səhərəcən qumar oynayıb..." bunu xidmətçi deyir və məktəbdə Puşkinin şeirlərini heyranlıqla oxuyan və şagirdlərinə əzbərlətdirən Vasilyeviç Qoqolun yer qaçır ayağının altından...Bəli, o qapı ağzında həyəcanla gözləyən Qoqol idi.Yaşadığı xəyal qırıqlığından sonra düz iki il Puşkinə yaxın da düşmür.Amma sonralar Puşkinlə elə dostlaşır ki, bu birlik rus ədəbiyyatına yeni əsərlər,mövzular qazandırır.
"Anna Karenina" romanının ümumdünya uğurundan danışanda Tolstoyşünaslar bir məqamı da zarafatyana deyirlər: əslində "Hərb və sülh"daha mükəmməldi, sadəcə, çoxları o həcmdə əsəri oxumağa cəsarət etmədiyi üçün Annanı seçirlər...
Reklam
Raskolnikovun qeyri adilər və adilər nəzəriyyəsini puç edən sual:
Elə isə bəs öz anası-bacısı o yuxarı təbəqə kriterlərinə uyğun gəlirmi,gəlmir! Gəlmirsə, deməli,hər hansı üst təbəqədən olan onları vurub öldürə bilər?!
Anna Karenina
Tolstoyşünaslar yazıçının saysız-hesabsız əlyazmalarını araşdıranda onu da aşkar ediblər ki, əvvəlcə əsərin adı "Afərin, arvad" imiş, əsas qəhrəmanın da adı Tatyana, sonralar Nana( Anastasiya), ən sonda isə Anna olur...
Cinayət və Cəza-Raskolnikov
Rodion Romanoviç Raskolnikov.Adlarla nələrisə simvolizə etməyi xoşlayan yazıçının cinayətkara belə bir ad-soyad verməsi təsadüf olmaz.Bunu "Roman o roskole rodini"-"Vətənin parçalanması haqda roman"-, deyə yozanlar da var.
Misal üçün, Qriboyedovun "Ağıldan bəla"sının çapı daha sərt bir səbəbdən əngəllənirdi; Famusovun qızı Sofiyanın Molçalinə aid hisslərinə,hətta gecə vaxtı onun otağına getməsinə görə...Ayıbdı axı,zadəgan nəsillərin qızları belə əsərləri oxuyub nə öyrənərlər?!
36 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.