Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası "dağ arası yer" deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələ çay keçir. İki dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda "Qaçaq Mayıl"ın mağarası diqqət çəksə də, oraya çıxmaq peşəkar dağçıların işidir.