Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qalib Əsədov

Qalib ƏsədovBeyin yazarı
Yazar
0.0/10
0 Kişi
2
Okunma
0
Beğeni
104
Görüntülenme

Hakkında

Okurlar

2 okur okudu.
5 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Aktual mövzu:)
Orta hissədə yuxunu işə salan mərkəz yerləşir. Burada yerləşən qırmızı nüvə beyincikliklə bərabər hərəkətlərin koordinasiyasında iştirak edir. Qara maddə isə bazal qanqlionlarla birgə bizim ümumi hərəkət aktivliyimizi müəyyən edir. QARA MADDƏSİ ANADANGƏLMƏ AKTİV OLAN İNSANLAR HƏRƏKƏT ETMƏKDƏN ZÖVQ ALIRLAR. TOYDA OYNAMAĞI, İDMANI, AKTİV İSTİRAHƏTİ, GƏZMƏYİ, ÜMÜMİYYƏTLƏ, ISTƏNİLƏN HƏRƏKƏTİ SEVİRLƏR. GENETİK OLARAQ BU NAHİYƏSİ AKTİV OLMAYAN İNSANLARI BİZ, ADƏTƏN, "TƏNBƏL" ADLANDIRIRIQ( ONLAR İSƏ SÜBUT ETMƏYƏ ÇALIŞIRLAR Kİ, TƏNBƏL YOX, SADƏCƏ, PROKRASTİNATORDURLAR)
Çox maraqlıdı
Assosiativ təpə payındakı neyronlar, əsasən dofamin mediatorundan ıstifadə edir. Dofamin haqqında əvvəlki bölümlərdə sizə ətraflı məlumat vermişəm və bilirsiniz ki, bu mediatorun çoxalması şizofreniya adlanan xəstəliyin yaranmasına səbəb olur. Şizofreniya zamanı düşüncə xətalarının baş verməsi, təfəkkürün pozulması, xəstənin qeyri-adekvat reaksiyaları məhz buradakı dofamin sinapslarının aktivliyinin çoxalması ilə əlaqədardır. Hətta sensor siqnal olmadıqda belə bu neyronların aktivləşməsi nəticəsində xəstəyə elə gəlir ki, müəyyən obyektlər mövcuddur, onları hiss edir, eşidir, yaxud görür və beləliklə də hallüsinasiyalar yaranır
Sayfa 605Kitabı okudu
Reklam
Maraqlı qorxu növləri:)
Filofobiya- Sevməkdən qorxmaq Gametofobiya- Evlilikdən qorxmaq Hipnofobiya- Yatmaqdan qorxmaq Logofobiya- Bəzi cümlə və sözlərdən qorxmaq Monofobiya- Təklikdən qorxmaq Pedofobiya- Uşaqlardan qorxmaq Tokofobiya- Hamilə qalmaqdan qorxmaq
Sayfa 368Kitabı okudu
Məlum olmuşdur ki, sol beyin yarımkürəsindəki assosiativ təpə payı daha çox abstrakt-məntiqi düşüncəni ( oxumaq, sözlərin mənasını anlamaq, riyaziyyat, nitqin qurulması, verbal yaddaş), sağ beyin yarımkürədəki isə, obrazlı, xəyali təfəkkürü ( üzdəki mimikaları, emosional dəyişiklikləri tanımaq, musiqini qavramaq, fəzada hərəkəti yadda saxlamaq, həndəsə, fiqurları tanımaq, qeyri-verbal yaddaş) formalaşdırır
Sayfa 605Kitabı okudu
Məncə çox haqlıdır müəllif:)
Əminəm ki, bu kitabı oxuduqdan sonra sizin assosiativ təpə payında yaranmış sözlərlə model daha da zənginləşəcək və ətrafdakı hadisələrə daha adekvat reaksiya verəcəksiniz
Sayfa 622Kitabı okudu

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
624 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Möhtəşəm kitab!
Oxuduğum kitablar arasında ən çoooox bilgi verən kitab. Məncə bu kitabı hər kəs oxumalıdır, çoox maraqlıdır, içində o qədər maraqlı və insanın vacib bilməli olduğu o qədər elmi məlumatlar varki... Niyə vacib? çünki insanların bir çoxu bu məlumatları bilmədiklərinə görə mənasız və yersiz düşüncələrlə öz həyatlarını zəhərləyirlər, hətta digər insanların həyatlarınıda. Müəlliflərə həqiqətən ürəkdən təşəkkürümü bildirirəm ki, bizə bu vacibi dəyərli məlumatları bir kitabda toplayıblar. Bu kitab insanın dünyagörüşünü çox artırır. Müəllifində dediyi kimi, "Əminəm ki, bu kitabı oxuduqdan sonra sizin assosiativ təpə payında yaranmış sözlərlə model daha da zənginləşəcək və ətrafdakı hadisələrə daha adekvat reaksiya verəcəksiniz".
Beyin
BeyinQalib Əsədov · Qanun Nəşriyyatı · 20232 okunma