Qənimət Əlisaoğlu

Həbsxana - Kriminal trilogiya yazarı
Yazar
8.7/10
4 Kişi
9
Okunma
0
Beğeni
391
Görüntülenme

Qənimət Əlisaoğlu Sözleri ve Alıntıları

Qənimət Əlisaoğlu sözleri ve alıntılarını, Qənimət Əlisaoğlu kitap alıntılarını, Qənimət Əlisaoğlu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ölümün labüdlüyünə, qaçılmazlığına kim inanmır ki? Di gəl ki, ölüm də var, ölüm də! İt ölümü, şah ölümü, insan ölümü... "Suda boğuldu" - Allah rəhmət eləsin! "Odda yandı" - Allah rəhmət eləsin! "İtkin düşdü" - ölübsə rəhmət, qalıbsa can sağlığı. "Türmədə öldü" - yazıq!...
O gün gələcəkmi?
O gün gələcək. Mən də deyirəm «O gün gələcək!», hardasa yaşıl ağacın altında uzanıb, dünyaya iynə deşiyindan baxan bir sərxoş da! Müstəbid də gözlayir o günü, müşbeh də. Şirin avazıyla bizə «layla çalan müğənni də, doğru da, yalan da gözləyir o günü. Zəiflər də o gündən əlini üzməyir, güclülər də. Öz kommunist axlaqı ilə başda oturan başbilən də, illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir: "O gün gələcək»!
Reklam
Qadın ilk dəfə ərini dəyişəndə (xəyanəti nəzərdə tutur) necə mənəvi əzab çəkirsə çəksin, bircə yol baş verən dəyişkənlik ona bu yolda geniş qapı açır. İkinci, üçüncü dəyişkənliklə yüzüncü dəyişkənliyin daha heç bir fərqi olmur; sonrakı xəyanətlər daha ona heç bir mənəvi əzab vermir.
Sağ insan, sol insan, aşağı mərtəbə insan, yuxarı mərtəbə insan, yer insan, göy insan, torpağın üstü insan, altı insan vǝ hər kəsin iki eşidən qulağı. Bu görməyən insanların heç olmasa eşidəcəyinə inandığın üçün var səsinlə qışqırırsan, bağırırsan, boğazın yırtılıncayadək hayqırırsan - fəqət səni eşidən yox.
Taleyin hökmüne bax; ǝtraf dolu insan, yaxın insan, uzaq insan və bu insan dənizində sonsuz sayda baxan, görən gözlər. Sən bu gözlərin qarşısında, bu gözlər kəhkaşanının önündə tək-tanha dayanmısan, hələ hirsindən, hikkəndən barmağını da uzatmısan bu gözlərin içərisinə, bəbəklərin ortasına fəqət səni görən yox.
Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicǝ saat avval qabaq-qabağa oturub çörək yediyi yoldaşını indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər.
Reklam
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.