Qəşəm Nəcəfzadə

Barış author
Author
0.0/10
0 People
1
Reads
1
Likes
82
Views

About

Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısıı çap dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. 2023-cü ildə Ulu Öndərə həs etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir
Full name:
Qəşəm Mirzə oğlu Nəcəfov
Title:
Şair, Yazıçı, Jurnalist
Birth:
Əliqullar, İmişli, Azərbaycan, 1 April 1959

Readers

1 readers liked.
1 readers read.
Reklam

Quotes

See All
Heç kəs səsinin qəribliyinə, Heç kəs sənin burda üşüməyinə, İnanmaz. Gərək, qərib səs uzaqdan gələ, Gərək, üşüyən kəs o dağdan gələ, Gəlib deyə: bəlkə odununuz ola?
Sevmək qadının, Unutmaq kişinin yaraşığıdı.
Reklam
Reklam