Qumru Qüdrət

Nakam Eşqin Ninnisi author
Author
0.0/10
0 People
1
Reads
0
Likes
41
Views

About

Full name:
Qumru Teymur qızı Əhmədova
Title:
Şair, Publisist
Birth:
Qoşa-Dizə, Babək rayonu, Naxçıvan, 18 March 1956

Readers

1 readers read.
Reklam

Quotes

See All
Qaş çatılıb, əyilibdi yay kimi, Yaş tökülür gözlərindən çay kimi, Bu eşqimdən mənə düşən pay kimi, Kipriyimin gilələnib nəm üstə. Ha sızladım, anlamadın sevgimi, Bu ayrılıq yandırıbdı qəlbimi, Kimə deyim bilmirəm bu dərdimi, Yanıb qəlbim bir naşı həmdəm üstə. Taleyimdən gileyliyəm neyləyim? Saz götürüb eşqimi car eyləyim, Zilim yoxdu, barı bəmlə söyləyim, Taleyimdir yazılıbdı bəm üstə. Pak eşqimdən nə gizlədim, doğrusu, Qaldı mənə ürəyimin ağrısı, Ötüb keçən gəncliyimin çalğısı, Köklənibdi kədər üstə, qəm üstə. Mən Qumruyam, bu eşqimlə çağlaram, Nakam eşqə ninni deyib ağlaram. İnildərəm, sinələri dağlaram, Sevincim yox, qəm qalanıb qəm üstə.
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
Reklam
Reklam