Robert Allenin bu əsəri Oksford Universitetinin "Qısa Giriş" seriyasındandır. Ümumiyyətlə, kitabda həddindən artıq çox məlumat var. Təəssüf ki, yazıçı və ya tərcüməçi bu məlumatlar arasında körpünü, demək olar ki, qura bilmir. Buna görə də mütaliə zaman diqqət yayınması baş verdiyi halda yenidən fokuslanmaq və axıcılığı təmin etmək çətinləşir. Kitabda dəqiq faktlar da verilir, lakin bundan əlavə "bu niyə belə oldu?", "bu niyə burada baş verdi?", "bu orada baş versə, nə olardı?" kimi suallar verilir və cavablandırılır. Bu fikir yürütmələri və faktların təhlili maraqlı gəldi.
Qısaca, kitabın yazılış tərzini və nəşr keyfiyyətini bəyənməsəm də, informativliyini yüksək qiymətləndirirəm.