Rəvan Cavid

Rəvan CavidMavi Boyalı Ev author
Author
6.0/10
1 People
3
Reads
2
Likes
705
Views

About

1998-ci il 19 yanvar tarixində Goranboy rayon Səfikürd kəndində anadan olmuşdur. 2015-ci ildə Səfikürd kənd tam orta məktəbinin məzunu olmuşdur. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakultəsində təhsil alır. Həvəskar şairin şeirləri “Mübariz” qəzetində, “Laçın yurdu”, “Ulduz” jurnallarında, “Goranboy” almanaxında və bir çox internet portallarında dərc olunmuşdur. “Bağışla” kitabının müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan “3-cü Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
Title:
Şair
Birth:
19 January 1998

Readers

2 readers liked.
3 readers read.
Reklam

Quotes

See All
Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda, günəşə əl eləyib səhər evdən çıxanda, reklam lövhəsindəki gülən qıza baxanda, elə bilirəm, gələcəksən... Çək günəşi şəhərin yuxulayan gözündən, ay işığı dənizdə, su şəhərin dizindən, səni yenə görürəm göyün ay bənizində, elə bilirəm, gəlmisən... Kafedə soyuq çaxır, dilimlənmiş almalar, eyni yer, eyni masa, gəlib-gedən adamlar, hər şey eləcə köhnə, hər şey eləcə... amma... gözlədim, gəlmədin... İşığı yanan evlər, magistral, səkilər, yorulan qarışqalar evlərinə çəkilər, qulağımda mahnılar, telefonda şəkillər; ümid var - gələcəksən!
Bu gün genç şairlerimizden Revan Cavidin doğum günü. En sevdiyim şiiri bu :)
Kimə desəm, inanmır – dənizə qar yağmışdı, qağayılar mavidi, mandarinlər çəhrayı. Kimə desəm, inanmır – səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin. Kimə desəm, inanmır –
Reklam
Balvedəki Məryəmə məktub
Bu şəhər unutdu Bakı olmağı, dönüb bir sən oldu durduğu yerdə. Neçə illər imiş qadın qururmuş Allah bu şəhəri qurduğu yerdə. bu şəhər Allahın Məryəmi bəlkə, bəlkə buna görə, məhz buna görə, "bakirə” sözünə yaxındı Bakı.

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok