Sahilə Yaya

Sahilə YayaŞeyx author
Author
8.3/10
4 People
33
Reads
5
Likes
666
Views

About

BDU-nun tarix fakültəsini və etnologiya üzrə magistr şöbəsini bitirsə də, özünü daha çox ədəbi yaradıcılığa həsr edib. Publisistik yazıları rus, türk, fars və ingilis dillərinə tərcümə olunaraq çap edilib.
Title:
Yazar
Birth:
Sumqayıt, Azərbaycan

Readers

5 readers liked.
33 readers read.
1 readers are reading.
5 readers will read.
Reklam

Quotes

See All
Elm sorğudur, müqayisədir, həldir. Ondan uzaq duran mömin cəhaləti cənnət sanandır.
"Miras aldığım taleyi dəyişmək mümkün deyilmi? "
Sayfa 147Kitabı okudu
Reklam
İnsanlar həqiqi sevgidən qorxur, diksinir, hətta onun varlığı ilə üzləşəndə ikrah hissi duyurlar. Onlara sevginin özü yox, oxşarı lazımdır. İnsanlar sevginin özü yox, adı, ədalətin əsli yox, surəti, həqiqətin şöhrəti lazımdır.
Sayfa 287Kitabı okudu
Sənan ağzına qədər insanla dolu nəhəng dünyada tək olduğu üçün vahimələndi
Sayfa 288Kitabı okudu

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Reklam
372 syf.
·
Not rated
·
Read in 67 days
“… amma sən mənim uşaqlığımsan. İstəsəm də, səni ata bilmərəm və bunu da yaxşı bilirəm.” İnsanın vətənidir uşaqlığı, bir də bu vətənlə eyniləşdirdiyin şəxs olsun. Daha sonra o şəxslə aranıza elə vətən girsin. Uşaqlıqdan qonşu olan azərbaycanlı qız ilə erməni oğlanın sevgisindən bəhs edən, həm də əli çatmadığı üçün yalnız bir hissəsini oxuduğu, sonunu bilmədiyi üçün öz qələmindən Şeyx Sənanın yenidən yazıldığı roman. Bir çoxumuz Şeyx Sənanı düha Hüseyn Cavidin qələmindən tanımış, bir az da araşdırdıqdan sonra sufi şair Fəridəddin Əttar tərəfindən yazıldığını öyrənmiş, bir az da şanslıysa teatrda izləmişik. Mən əsəri ilk görəndə düşünürdüm ki, axı Sahilə xanımı nə bu qədər riskli qərara vadar edib? Axı nə üçün bu qədər mükəmməl əsəri yenidən işləməyi qərara alıb? Sahilə xanım deyir ki, uşaqlıqdan anası ona ən gözəl, mükəmməl sevgi hekayəsinin məhz Şeyx Sənan olduğunu deyirmiş və bu mövzuya yenidən qayıtdıqda özünə doğma hiss edib. Həmçinin o düşünür ki, bu vasitəilə oxucuları yenidən Cavidə qaytarmaq, layiq olduğu diqqətə çatdırmaq üçün tövhə verə bilər. Görüşdə Nərmin xanımın da qeyd etdiyi kimi, əsər çoxlu mövzuları əhatə edir, çoxlu budaqlara şaxələnir, sona doğru isə kökə qayıdır və müəllif uğurla bütün şaxələri birləşdirərək yarımçıq qalmış suallara cavab verir. Kitabın həm müasir Azərbaycan ədəbiyyatını təmsil etməsi, həm də qadın müəllif tərəfindən qələmə alınması onu daha doğma edir! Oxuyun, oxutdurun!
Şeyx
ŞeyxSahilə Yaya · Teas Press Nəşriyyatı · 201832 okunma