Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şahin Fazil

0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
73
Görüntülenme

Hakkında

27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Ş. F. Fərzəliyev 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir. Görkəmli alim bir tərəfdən ümumi tarixlə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə müntəzəm olaraq Azərbaycan tarixinə dair müxtəlif dillərdə olan ilkin mənbələrin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuşdur. Ş. F. Fərzəliyev müxtəlif problemlərə həsr olunmuş çoxsaylı məqalələr müəllifi kimi həm Respublikamızda, həm də xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Tehran, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak etmişdir. Prof. Ş. F. Fərzəliyev 2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olmuş, Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir. Ş. F. Fərzəliyev gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi ilə 13 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəridir. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında sədr müavinidir. Prof. Ş. F. Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olmuş, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir. İndiyədək Ş. F. Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxmışdır. Ş. F. Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1992-ci ildən). O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ və Azərbaycan) təltif olunmuşdur.
Tam adı:
Şahin Fazil oğlu Fərzəliyev (Fərzəlibəyli)
Unvan:
Azərbaycan Tarixçisi, Şair, Şərqşünas və Tərcüməçi.
Doğum:
Quba, Azərbaycan, 27 Mart 1940
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok