Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Saib Təbrizi

Saib TəbriziSeçilmiş Əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
3
Okunma
4
Beğeni
435
Görüntülenme

Hakkında

XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi. XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ənənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Osmanlıya gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış. Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra – şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır. Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. "Qəndəharnamə" poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub. Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir. Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq, "Miratül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir. Saib böyük bir poetik irs qoyub getmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, o özü Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb. Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.
Tam adı:
Mirzə Məhəmməd Əli Saib Təbrizi
Unvan:
Şair
Doğum:
Təbriz, 1601
Ölüm:
İsfahan, 1677

Okurlar

4 okur beğendi.
3 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
•| 𝑂̈𝑚𝑢̈𝑟𝑑𝑒𝑛 𝑔𝑒𝑐̧𝑖𝑝 𝑔𝑖𝑑𝑒𝑛 𝑣𝑒 𝑔𝑒𝑟𝑖𝑦𝑒 𝑘𝑎𝑙𝑎𝑛 ℎ𝑒𝑟 𝑠̧𝑒𝑦 𝑔𝑢̈𝑧𝑒𝑙 𝑏𝑖𝑟 𝑠𝑢𝑟𝑒𝑡𝑡𝑒 𝑎𝑛ı𝑙ı𝑟. 𝐵𝑢𝑔𝑢̈𝑛𝑢̈𝑛 𝑔𝑜̈𝑟𝑢̈𝑛𝑡𝑢̈𝑠𝑢̈ 𝑦𝑎𝑟ı𝑛ı𝑛 𝑎𝑦𝑛𝑎𝑠ı𝑛𝑑𝑎 𝑔𝑢̈𝑧𝑒𝑙𝑑𝑖𝑟.
Saib Təbrizi
Saib Təbrizi
‘ Senden birkaç kişinin memnun olması kâfidir. Yoksa dünyada herkesin muradı üzere yaşamak insan için mümkün değildir.. ‘
Saib Təbrizi
Saib Təbrizi
“Elde tesbih, dudakta tevbe, kalb ise günahların şevk ve muhabbeti ile dolu olursa, o masiyet ve günahlar, kişinin tevbe ve istiğfarı ile alay ederler.” 
Saib Təbrizi
Saib Təbrizi

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok