Min bir büsatından açılan bahar,
Bəs xəzan deyilmi sonu gözəllik,
Nə qədər aparsa küllü bəxtiyar,
Beş ərşin bez olar donu gözəllik.
Şah olsa axırı matəm qaradi,
Dünya pəncərəsi karvan-saradı,
Vaxtında düşünmək böyük çaradı,
Cavankan anginən onu, gözəllik.
İşıxkan kim görsə düşünə hayət
Peşman olmaz gəlib qonanda zülmət
Əfsanə sayma ki, hey deyir Cavad
İnan olar axırı fani gözəllik