Samir Tahmazkhan

Ataların Kölgəsində author
Author
0.0/10
0 People
0
Reads
1
Likes
54
Views

About

Samir Firdovsi oğlu Təhməzxan Şərq və Qərb cəmiyyətlərinə yaxından bələd olan bir yazıçı olaraq fəlsəfi idealar, tarixi hadisələr, mədəniyyətlərin inkişafı və.s kimi mövzularda suallarına cavab axtarmağa çalışır. O, 1982-ci ildə Bakıda anadan olmuşdur və ilk ali təhsilini Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq bölməsində tamamlamışdır. On doqquz ildən artıqdır ki, İsveç Krallığında yaşayan müəllif 2008 və 2009-cu illərdə Misirdə ərəb dili elmlərini öyrənmiş, 2011-ci ildən 2016-cı ilə qədər isə İsveçdə Chalmers Texniki Universitetində təhsil alaraq buranın məzunu olmuşdur. Bu günə qədər müxtəlif mövzularda onlarla məqalə və bir neçə kitab müəllifi olan Samir Təhməzxan əsərlərini yazarkən Azərbaycan, ingilis, isveç, ərəb, alman, fransız, italyan və rusdilli elmi-texniki qaynaq əsərlərdən istifadə etmişdir. Ailəlidir, üç övladı var.
Title:
Yazar

Readers

1 readers liked.
1 readers are reading.
Reklam

Quotes

See All
Elm öyrənmək üçün Cənubi Fransa, İtaliya, Siciliya, Suriya və Fələstin kimi ölkələri gəzən Adelard of Bath müəllimlərinin ərəb müsəlmanlar olmasına görə fəxr edərdi. Amerikalı yazıçı Louise Cochrane onun haqqında yazdığı bir kitabında onu “ilk ingilis alim” adlandırır. Belə söyləmək mümkündürsə, ingilislərin ilk alimi müsəlmanların tələbəsi olmuşdur.
Bu gün intellektual insanlar yaşadıqları coğrafiyadan asılı olaraq kitabxanalarında fərqli dillərdə kitablar toplayırlar. Azərbaycanda bir intellektualın kitabxanasında rus dilində kitabların olması gözlənilən bir haldır və son dövrlərdə rus dilindəki kitabları ingilis dilindəki kitablar əvəz etməyə başlayıb. Bu da ingilis dilinin daha çox intellektual dil olaraq qəbul edilməsi ilə bağlıdır. Eyni şəkildə Avropada XV-XVI əsrlərdə intellektualların kitabxanalarında ərəb dilində kitabların yer alması təbii hal olub.
Reklam