Həyat gözəlliklərlə doludur amma bu gözəllikləri görmək üçün gözümüzü, ruhumuzu və düşüncəmizi dəyişməliyik.
Dəyişməyə cəsarət edənlər, dəyişə-dəyişə dünyanı da dəyişdirənlərdir.
İnsan olmaq sadəcə nəfəs almaq, yaşamaq deyil.
Hiss edilmək, görülmək, eşidilmək, başqaları üçün önəmli olmaq ehtiyacıdır.
Bəzən biz özümüzü vacib biri kimi hiss etmək istəyirik.
Amma doğrudanmı vacibik?
Nədir axı insanı vacib və dəyərli edən?