Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seyid Hüseyn

Seyid HüseynSeçilmiş Əsərləri yazarı
Yazar
6.0/10
1 Kişi
6
Okunma
1
Beğeni
900
Görüntülenme

Hakkında

Yazıçı, tәnqidçi, pedaqoq. Həyatı Çağdaş Azərbaycan nəsrinin, xüsusilə onun hekayə janrının inkişafı tarixi Seyid Hüseynin adı ilə sıx surətdə bağlıdır. Onun nəsri-çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biridir. Seyid Hüseynin 20-ci illərin sonundan,30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətlərini saxlamış müasirliyini ititrməmiş,müəllifə şirin hekayə ustası kimi şöhrət qazanmışdır[1].Hüseyn Mir Kazım oğlu "Tazə həyat" və "Kaspi" qəzetlərinin mətbəələrində mürəttib olmuş, şərikli "Bəhlul", "Kəlniyət" və "Qurtuluş" jurnallarını nəşr etdirmişdir. 1913—1914 illərdə "İqbal"ın baş redaktoru idi. Bədii yaradıcılığa 1907-ci ildə başlamışdır. Hekayə və publisistik məqalələrində mürtəce ziyalıların əleyhinə çıxmış Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışdır. Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimləri haqda məqalələr, müasir həyatdan bəhs edən hekayələr yazmışdır. Seyid Hüseyn ictimai hadisələrə münasibətdə H. ilə daim həmfikir olmuşdur. Onların arasında qarşılıqlı səmimi münasibət var idi. H.-un redaktorluq etdiyi "Yeni iqbal" və "Azərbaycan" qəzetlərində Seyid Hüseyn məqalələrlə çıxış edirdi. "Qurtuluş" jurnalının nəşrə başlanılmasını H. böyük sevinclə qarşılamışdı. Repressiyanın qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildə həbs edilmiş, 1938-ci ilin yanvarında güllələnmişdir. Yaradıcılığı Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata,əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsaduf edir. 1908-ci ildən etibarən o,əvvəlcə ara-sıra,sonralar isə müntəzəm olaraq qəzetlərdə,jurnallarda "Kazımoğlu", "Hüseyün Sadiq", "Seyid Hüseyn" imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş,Bakının ictimai həyatında,mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş,1927-ci ilə kimi müvəqqəti-mühərrir kimii tanınmışdır.
Tam adı:
Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә)
Unvan:
Yazar
Doğum:
Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası, 1887
Ölüm:
Bakı, Azərbaycan SSR, SSRİ, 1938

Okurlar

1 okur beğendi.
6 okur okudu.
2 okur okuyor.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Nə zaman İslamın iştahı belə "məzə" çəkdikdə, ondan istifadə ediləcəkdi. Halbuki o başqalarına "məzə" olmaqdan qurtulmaq istəyirdi.
Şərəfsiz bir kişicik.
"Zeynal qazandığını tamamilə ona (Yelizaveta) sərf edirdi. Vaxtilə əmanət kassasında topladığı yeddi-səkkiz yüz manatı da xərcləmişdi. Paraya ehtiyacı vardı. Bir çox borca düşmüşdü. Etibarı tamamilə kəsilmişdi. Mehribanın(öz arvadı) dava-dərmanı üçün parası yox idi. Belə bir halda Yelizavetaya qiymətli hədiyyələr təqdim etməkdən çəkinmirdi. Öz evi parasızlıqdan ehtiyac içində boğulduğu bir zamanda, Yelizavetanın bütün xərclərini verirdi".
Sayfa 104 - ŞƏRQ-QƏRBKitabı okudu
Reklam
"Otağın bir başında Molla Xəlil, o biri başında müəllim oturmuşdu. Fasilə etibarilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. Fəqət fikir və zehniyyət etibarilə bunlar bir-birindən dünyanın iki qütbü qədər uzaq idilər".
Sayfa 21 - "ŞƏRQ-QƏRB"Kitabı okudu
"Müasir bir adam olmaq üçün yalnız şəklimizi dəyişmək kifayət etməz. Bir az ruhumuzu və zehniyyətimizi də dəyişmək lazım gələcəkdir".
Sayfa 124 - ŞƏRQ QƏRBKitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
328 syf.
·
Puan vermedi
Tərkinində olan əsərlər . Yatmış kəndin qış gecələrində. 2)Gilan qizi3) Bir küçənin tarixi 4) Mehriban 5) Onun oğlu 6) Hacı sultan 7) Sarı köynək 8) Kor kişinin arvadı 9) İki həyat arasında 10) Sadə bir şey 11) Hacı Manaf 12) Ağaverdi 13) Üç manat Cərimə ,14) ağ at və ağ çuxa 15) Zərnişan 16 ) Həzin bir xatirə və.s
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriSeyid Hüseyn · Şərq-Qərb Nəşriyyatı · 20066 okunma