Teymur Kərimli

Görünməyən Füzuli author
Author
Editor
0.0/10
0 People
1
Reads
0
Likes
303
Views

About

Filologiya üzrə elmlər doktoru, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014) Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir. Teymur Kərimli 1977-1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur. Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır. Teymur Kərimli eyni vaxtda “Elm” nəşriyyatının baş redaktoru işləmiş (1990-2000), bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”-nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur. 2007-ci ildə Humanitar və İctimai elmlər bölməsi, ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın müxbir üzvüdür. 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, Fransada, İtaliyada və Hindistanda, MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
Full name:
Teymur Həşim oğlu Kərimli
Title:
Yazar
Birth:
Nürgüt, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ, 2 October 1953

Readers

1 readers read.
1 readers will read.
Reklam

Quotes

See All
Henüz kayıt yok
Reklam

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok