Ulduz Qasım Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. Həmin kənddə orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Orta məktəbdə oxuduğu illərdə və tələbəlik dövründə müxtəlif janrlı yazılarıyla respublika mətbuatında ardıcıl çıxış edib, hekayələri, şeirləri, ədəbi-bədii esseləri, publisistik yazıları işıq üzü görüb. "Mən aşiqəm Qarabağda", "Tələbə gündəliyi", "Qürbət Zöhrəsi", "Açılmayan sirrlər" kimi kitabların muəllifidi. "Qürbət Zöhrəsi" romanı İstanbulda türk dilində işıq üzü görüb.