Vasif Dadaşov 1986-cı ilin 1 yanvar tarixində Oğuz rayonu, Padar kəndində bir dülgər ailəsində doğulmuşdur. Uşaqlıqdan fiziki məhdudiyyətli olan Vasif oxumağa və yazmağa böyük həvəslə başlamışdır. Orta təhsilini evdə alıb. 2004-cü ildə orta təhsilini başa vurduqdan sonra nə qədər arzu etsə də, fiziki çətinliklərə görə ali təhsil ala bilməyib.
Uzun müddət yazdığı şeirləri heç kimlə paylaşmayan Vasif, ilk dəfə 2018-ci ildə yaxınlarının təkidiylə şeirini Oğuz rayonunda nəşr olunan "Oğuz Yurdu" qəzetinə verir, bundan sonra bir çox qəzetlərdə və eləcə də Oğuz almanaxı, "Yeni uğur" kimi antologiyalarda şeirləri nəşr olunur.
Gənc yaşlarından etibarən yazarlığa xüsusi marağı olub. Yazdıqları daha çox sevgi, vətən , ictimai əxlaqi janırda şeirlərdir.
2021-ci ilin dekabrında yazarın ilk kitabı olan "Son Əzab" "JekoPrint" çap evində işıq üzü görüb. 2022-ci ilin noyabrında yazı dərgisində bir neçə şeiri çap olunub. Yazarın "Ana" "Bəzi ayrılıqlar" "Son Əzab" şeir kitabı ən bəyənilən şeirləridir.
Vasif Dadaşov hal hazırda doğulduğu kənddə ailəsiylə birlikdə yaşayır.
Müəlliflə əlaqə:
FB/ Vasif Dadashoff
Tam adı:
Vasif Dadaşov Ərziman
Ünvan:
Azərbaycan şeir yazarı, şair və həvəskar
Doğum:
Azərbaycan Respublikası, Oğuz rayonu, Padar kəndi., 1 Ocak 1986