Vladimir Jeleznikov

Müqəvva yazarı
Yazar
8.3/10
7 Kişi
16
Okunma
0
Beğeni
465
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

16 okur okudu.
2 okur okuyor.
7 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
İnsanları ələ salmaq, zülm etmək, müqəssir belə olsa zəif ürəklərinə əzab vermək nəyə lazımdır, axı?! Nifrət etmək, cəza vermək, kömək etmək olar, amma əzab vermək ayıbdır, olmaz. Bu, insanı zalım edir. Əslindəsə mərhəmətli olmaq lazımdır.
Nikolay Nikolayeviç dikəlib general Rayevskinin nitqini təkrarladı: “ Çar həzrətləri, şərəf hər cür anddan üstündür. Birincini pozsan,bir insan kimi mövcud ola bilməzsən,ikincisiz keçinmək də olar”.
Sayfa 221Kitabı okudu
Reklam
Hər kəs susub rəsmə tamaşa edirdi. İnsanlığın təmizlənməsi üçün ümidsiz həsrət,qərəzsiz cəsarət və nəciblik daha səbr etməyə gücü olmadığından onların qəlbini getdikcə çox sıxır, çıxış tələb edirdi.
Sayfa 269Kitabı okudu
Ancaq həmin an daxilində bu fikrə, bunu reallaşdırmağa qarşı güclü müqavimət yarandı. Bəs bu nə idi? Qürur, yoxsa Dimkaya olan incikliyi? Yox! Bu hiss başqasının həyatını məhv etməyə qarşı istəksizlik idi. O insan müqəssir belə olsa…
Sayfa 219Kitabı okudu
Şəxsən mən satqınları sevmirəm! Sənsə satqına yazığın gəldi deyə özünü xeyirxah hesab edirsən? Bu ki gülüncdür!
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
189 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu kitab uşaq ədəbiyyatı silsiləsində olsa da, mənim fikrimcə yaşı yuxarı olan insanlar da bu kitabı oxumalıdır. Yazıçının bu kitabını, kitabın arxa hissəsindəki özünün yazdığı yazısı ilə anlatmaq istərdim, məhz elə bu yazı yuxarıdakı dediyim sözləridə təsdiqlədir: Sən asanlıqla öz əhatəndə “Müqəvva”nın qəhrəmanlarını tapa bilərsən. Əclaflıq, qorxaqlıq və satqınlığa elə indi də tez-tez rast gəlirik. Və ən son olaraq yazar belə bir cümlə işlədib ki, bu çox xoşuma gəldi və bu cümlə hekayənin baş qəhrəmanı ilə əlaqəlidir: “Amma bütün bunlara baxmayaraq istərdim ki, həyatda sənin qarşına həmişə Lenka Bessolçeva kimi insanlar çıxsın. Onda sənin həyatın daha asan və işıqlı olar”. Necə də gözəl deyib yazıçı.
Müqəvva
MüqəvvaVladimir Jeleznikov · Xan Nəşriyyatı · 201816 okunma