Əgər evdə, işdə, hər hansı kitab oxuma məkanında hərəkət etmədən ancaq düşüncədə səyahət etmək, yazarın keçdiyi dağ-dərələrdən, meşələrdən, buzlu yollardan keçmək istəyirsinizsə bu kitabı sırf buna görə seçib olanları eyni anda hiss edə bilərsiniz.
Alman rejissor Werner Herzog bir gün rejissor dostlarından biri olan Letto Eisnerin Parisdə xəstə yatağında olduğunu eşidir.Onun Alman sineması üçün nə qədər dəyərli olduğunu və onsuz bir ölkə sinemasının təsəvvür edilə bilməyəciyini qeyd edərək, həmçinin özüylə də baş -başa qalma ehtiyacına görə bir pencək ,kompas və bel çantasıyla birgə ancaq və ancaq yeriyərək Münhendən Parisə yola düzəlir.Yolda qarşılaşdıqları və özü üçün həyati həqiqətləri qeyd etdiyi bu günlüklü kitab məncə çox kəs üçün dəyərli bir oxuma olacaq.